Nida.az
50 İŞİD-çi Dağıstanın cənub meşələrində - TƏHLÜKƏ ANONSU
Dağıstanın cənub sərhədlərində terror qrupları aktivləşib.
Publika.az xəbər verir ki, Dağıstanın Federal
Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Mironov respublikanın
cənubunda və dağlıq hissəsində üzvlərinin sayı 50 nəfəri ötən 12
terror qrupunun fəaliyyət göstərdiyini açıqlayıb.
Dağıstandakı terror qruplarının fəaliyyət göstərdiyi ərazilər
Azərbaycanla sərhəd bölgəsində olması təhlükəni bizim üçün də
aktuallaşdırır.
“Yerli əhali arasında olan tərəfdarları onları ərzaqla,
informasiya ilə təmin edir”
Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev
Publika.az-a açıqlamasında təhlükənin ciddi
olduğuna diqqət çəkib: “Bu ciddi məsələdir və Azərbaycan üçün də
xüsusi əhəmiyyət daşıyır. Çünki söhbət terrorçuların Azərbaycanla
həmsərhəd olan rayonların meşə massivlərində fəaliyyət
göstərməsindən gedir. Hesab edirəm ki, Azərbaycan tərəfi bununla
bağlı ciddi tədbir görməlidir”.
M. Mehdiyev əlavə edib ki, Dağıstandakı terror qruplarının yerli
əhali arasında ciddi dəstəyi var: “Hər qrup təxminən 5 nəfərdən
ibarətdir. Bunlar ya “Meşə qardaşları”, ya da İŞİD-çilərdir. Yerli
əhali arasında olan tərəfdarları onları ərzaqla, informasiya ilə
təmin edir. Bu, terrorçuların şəbəkələşmiş formada fəaliyyət
göstərdiyi deməkdir. Şəbəkələşmiş terrorun təhlükəsi daha böyükdür
və hesab etmək olar ki, bu qruplar bölgədə nəsə etmək istəyirlər.
Mironovun açıqlamasını bu baxımdan ciddi məsələ hesab etmək
olar”.
“Sərhəd-keçid məntəqələri gücləndirilməli...”
Ekspert bildirib ki, terrorçuların hansı yola əl atacaqlarını
əvvəlcədən müəyyənləşdirmək çətindir: “Buna görə də Azərbaycan
tərəfi sərhəd-keçid məntəqələrini gücləndirməli, pasport yoxlama
rejimini sərtləşdirməlidir. Dağıstan tərəfi müəyyən tədbirlər
görəcəyini açıqlayıb. Lakin biz öz ərazimizin təhlükəsizliyi üçün
tədbirlərimizi əvvəlcədən görməliyik”.
Asif Nərimanlı
-
Avto04:44
Adam kimi dil bilən, söz anlayan avtomobil YARADILDI
-
Magazin103:43
Nanə Vyetnamda belə dincəlir - FOTO
-
Magazin202:12
Məşhur qadın reper narkotiklə saxlanıldı - VİDEO
-
Sosial01:41
Cəbrayılın dörd kəndindən yeni görüntülər - VİDEO
-
Region01:11
Bu mərkəzə Rəisinin adı verildi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: təlaşlarınızla bağlı suallara cavab tapa bilərsiniz
-
MDB25 May 23:48
Məşhur milyarderdə yenidən XƏRÇƏNG AŞKARLANDI - Altı ay ömrü qalıb - FOTO
-
Hadisə25 May 23:36
Keçmiş universitet müəllimi çılpaq formada ölü tapıldı - VİDEO/TƏFƏRRÜAT