Büdcəyə dəyişikliklər parlamentin müzakirəsinə çıxarılır
Bizi izləyin

Nida.az

Büdcəyə dəyişikliklər parlamentin müzakirəsinə çıxarılır

Fevralın 23-də Milli Məclisin plenar iclası keçiriləcək.

Publika.az-ın parlamentdən əldə etdiyi məlumata görə, iclasda Dövlət Büdcəsinə dəyişiklik, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi və digər məsələlərə baxılacaq.

Milli Məclisin deputatı, iqtisadçı ekspert Vahid Əhmədov Publika.az-a açıqlamasında parlamentin sabah keçiriləcək iclasında büdcəyə dəyişiklik edilməsi ilə bağlı məsələnin müzakirə olunacağını təsdiqləyib:

“İclasda büdcəyə dəyişikliklərlə bağlı məsələ müzakirə olunacaq. Bunun da iki əsas səbəbi var. Bunlardan biri milli valyutanın devalvasiyaya uğraması, digəri isə neftin qiymətinin kəskin aşağı düşməsidir. İndi zərurət yaranıb ki, dövlət büdcəsinə yenidən baxılsın. Büdcənin əlavə gəlir və xərc hissəsinə təqribən 2,3 milyard manat vəsait daxil olur ki, bunun da 1,6 milyard manatı Dövlət Neft Fondundan edilən transfer vəsaiti, 700 milyon manatı isə vergilərdən toplanan vəsait hesabına formalaşır. Xərc hissəsinin isə 800 milyon manatı sosial müdafiə, pensiya, əmək haqları və sairə, 400 milyon manat hərbi və müdafiə qüvvələrinin təminatı üçün, yerdə qalan hissəsi isə səhiyyə, kənd təsərrüfatı və digər sahələrə aiddir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm