Nida.az
Qərb və Rusiyanın Bakı savaşı yenidən başladı - GİZLİ MÜBARIZƏ
Rusiya baş nazirinin hərbi sənaye kompleksi üzrə müavini
Dmitri Roqozinin bir gün öncə Bakıya qəfil səfəri suallar yaratdı.
Rusiyanın bəzi media orqanları bunu Azərbaycan və Rusiya arasında
hərbi-texnikanın alınması ilə bağlı yaranmış problemlə
əlaqələndirirdi. Lakin yüksək vəzifəli Qərb siyasətçilərinin Bakı
səfərindən bir neçə gün sonra Roqozinin gəlişi məsələni fərqli
rakursa daşıyır.
Roqozinin qəfil səfərindən bir gün sonra – bu gün Rusiya
xarici işlər nazirinin müavini Qriqori Karasinin də Bakıya
gəlişi məsələnin təkcə hansısa silah alış-verişi olmadığını
göstərdi.
“Azərbaycan XİN rəhbərliyi ilə görüşlərimiz baş tutacaq. Gündəmimiz
genişdir, ikitərəfli əlaqələr, regional və Cənub Qafqazdakı
problemləri müzakirə edəcəyik. Toxunulacaq mövzular kifayət
qədərdir” - deyə Karasin səfər öncəsi açıqlama verib.
Beləliklə son proseslər fonunda “Rusiya və Qərb Bakını
qazanmaq üçün mübarizəyə başlayır?” sualı ön plana
çıxır.
Yüksək vəzifəli iki rusiyalının bir gün fərqlə Azərbaycan
torpaqlarına baş çəkməsində iki ehtimal var:
1. Həqiqətən də Roqozin hərbi əməkdaşlığı ilə bağlı
məsələlərin müzakirəsi üçün Bakıya uçmuşdu. Xüsusilə Ermənistana
200 milyonluq silahın verilməsinə etiraz edən Bakının narazılığı
fonunda Vladimir Putinin “uzaqvuran topunu” göndərməsi başa düşülən
hesab oluna bilər.
Keçmiş təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin
direktor müavini Arzu Nağıyev də Publika.az-a
açıqlamasında bildirib ki, Roqozinin Bakı səfərini hərbi əməkdaşlıq
fonunda qiymətləndirmək olar: “Rusiya Baş nazirinin müavini və
Putinə yaxınlığı ilə seçilən Dmitri Roqozinin ölkəsində müdafiə
sənayesi kompleksini kurasiya edir və belə bir şəxsin Bakıya qəfil
səfəri hərbi əməkdaşlıqla bağlı ola bilər. Yəni bu şəxs
silah-sursat və hərbi avadanlıq satışına və bununla əlaqədar
bağlanan müqavilələrin həlinə cavabdehdir. Məlumdur ki, Azərbaycan
və Rusiya arasında silah alqı-satqısı ilə bağlı müqavilələr
imzalanıb. Məhz buna görə də Roqozinin gəlişi silah satışı ilə
bağlı ola bilər”.
Ekspert hesab edir ki, Roqozinin səfərində Rusiyanın Ermənistana
verdiyi silah-sursatla bağlı Azərbaycan tərəfinin də sualları
cavablandırılıb.
“Roqozinin Putinlə yaxınlığı nəzərə alınsa və onunla gələn
nümayəndə heyətinin tərkibinə baxanda yəqin ki, regional geosiyasi
məsələlərin, o cümlədən Azərbaycanın Qərblə münasibətlərinin də
müzakirə edilməsi istisna edilmir”, - deyə A. Nağıyev bildirib.
2. Burada ikinci ehtimal ortaya çıxır: Roqozin, ardınca
Karasin niyə Bakıya uçdu? Hesab etmək olar ki, Qərbin Azərbaycana
marağının artması və bu səfərlərdən bir neçə gün öncə Bakıda
keçirilən görüşlər Rusiyanı Cənubi Qafqazın açarı hesab olunan
Bakını itirmək qorxusu ilə üz-üzə qoyub.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq
Natiq Miri Roqozin və Karasinin səfərini
Publika.az-a şərh edərkən diqqəti Qərb və Rusiya arasında
Azərbaycan uğrunda başlanan mübarizəyə çəkib.
Politoloq hesab edir ki, son günlər Bakıda keçirilən toplantılar və
Avropalı siyasətçilərin səfərləri Azərbaycanın yenidən Qərbin
diqqət mərkəzində olduğunu göstərdi: “Bu, gələcəkdə Azərbaycan-Qərb
münasibətlərinin inkişafını və müəyyən perspektivlərini ifadə edir.
Belə bir vəziyyət Rusiyanı qane edə bilməz. Doğrudur, Roqozinin
gəlişi müəyyən mənada hərbi əməkdaşlıqla bağlıdır. Lakin sərt
siyasətçi kimi tanınan Roqozinin Bakıya göndərilməsi hesab edirəm
ki, Kremlin müəyyən mesajlar verməsi ilə bağlıdır. Karasinin gəlişi
isə göstərdi ki, Azərbaycan-Qərb münasibətlərinin dərinləşməsi
həqiqətən də Rusiyanı narahat edir. Fikrimcə, Moskva Azərbaycanla
bağlı ciddi təhlillər aparır və Bakının son dayanacağının hara
olacağını müəyyənləşdirməyə çalışır”.
Politoloq hesab edir ki, Rusiya Azərbaycanı yanına çəkmək üçün
Dağlıq Qarabağla bağlı hansısa vədlər verə bilər: “Lakin zaman
göstərir ki, Moskva bu məsələdə heç vaxt sözünə əməl etməyib. Buna
görə də Azərbaycan rəhbərliyinin balans siyasətini qoruyacağını,
hər iki tərəflə təmaslı münasibətlər saxlayacağını düşünürəm”.
Asif Nərimanlı
-
Sosial16:20
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
-
Region15:35
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
-
Rəsmi xronika15:07
Prezidentdən Azərbaycanla bağlı mühüm mesaj: Daha böyük coğrafiyada...
-
Sosial15:05
Yeni qanun: Azərbaycanda bu şəxslərə ilk dəfə işə girəndə 6 min manat veriləcək
-
Rəsmi xronika14:47
İlham Əliyev Cəbrayılda açılışda iştirak etdi - Yeniləndi
-
Qoroskop14:00
Ən təhlükəli 4 bürc - Özünüzü onlardan qoruyun
-
İdman12:36
Baləli "Qarabağ"ı tənqid etdi: Belə davam edə bilməz - MÜSAHİBƏ
-
Dünya11:28
MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?