Nida Xəbər
Meksikanın İrandakı səfiri: Fəaliyyətimizi Bakıda davam etdirəcəyik - Yeniləndi
“Astara” Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə xarici ölkə diplomatlarının təxliyəsi davam edir.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, axşam saatlarında Meksikanın İrandakı səfiri Gilyermo Puente Ordorika Azərbaycan ərazisinə təhlükəsiz şəkildə təxliyə olunub.
Səfir media nümayəndələrinə açıqlamasında bildirib:
"İndi Azərbaycana gəlmişəm. Hökumətim mənə göstəriş verib ki, səfirliyimizi burada Azərbaycan hökumətinin və Azərbaycanın Meksika səfirliyinin dəstəyi ilə yerləşdirək. Buna görə mən və komandam buradayıq. Göründüyü kimi, gərgin vəziyyət bizim buraya gəlməyimizin səbəblərindən biridir. Azərbaycan çox dost ölkədir. Meksika ilə Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər mövcuddur. Mən həqiqətən tez-tez Azərbaycana gəlirəm. İran səfirinin vəzifəsində olduğum illərdə də buraya bir neçə dəfə gəlmişəm. Lakin bu dəfə, dediyim kimi, komandamla birlikdə Bakıda işləməyə gəlmişəm. Ümid edirik ki, hazırda müşahidə etdiyimiz bu vəziyyət tezliklə sülh yolu ilə həllini tapacaq."
Təxliyə prosesi müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilir.
***
“Astara” Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə xarici ölkə diplomatlarının təxliyəsi davam edir.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, sərhəd-keçid məntəqəsindən 7 nəfərdən ibarət meksikalı diplomatlar və onların ailə üzvlərindən ibarət heyət təxliyə olunub.
Onlar sərhədi təhlükəsiz şəkildə keçərək Azərbaycan ərazisinə daxil olublar.
Təxliyə prosesi müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilir.
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma





































