Nida.az
Alman deputat arzuolunmaz şəxslər siyahısına daxil ediləcək
"Almaniyanın Solçular partiyasından Ulla Yelpkenin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini və oradan səsləndirdiyi bəyanatlarını qərəzli hesab edir və qınayırıq”.
Publika.az APA-ya istinadən xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, özfəaliyyət xarakteri daşıyan birtərəfli səfər Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində hərbi təcavüz, işğal və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin təşviqinə xidmət edir: “Regionda davamlı sülhün təmin olunmasına töhfə vermək əvəzinə Ulla Yelpkenin bu kimi təhrikçi fəaliyyəti mövcud həssas durumda münaqişənin həlli üzrə göstərilən səylərə xələl gətirmək və vəziyyəti daha da gərginləşdirmək məqsədi daşıyır. Məsələ ilə əlaqədar Azərbaycanın Almaniyadakı Səfirliyi Bundestaqa və Almaniya Solçular Partiyasının rəhbərliyinə müraciət edib. Müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra onun adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”.
-
Nida Xəbər 09:50Bu ölkənin nəhəng hərbi təyyarəsi Ermənistan üzərindən Bakıya niyə uçubmuş?
-
Yaxın Şərq09:12Müctəba Xamenei ilə bağlı İrandan yeni xəbər gəldi: Tezliklə...
-
Hadisə09:00Azərbaycanda iş adamı faciəvi şəkildə öldü - Foto
-
Dünya08:24BƏƏ hava məkanını bağladı
-
Cənubi Qafqaz07:35İrəvan çalxalanır: Paşinyanla bağlı inanılmaz iddia yayıldı
-
Sosial07:15Sürücülər üçün pis xəbər - Video
-
ABŞ06:16Tramp: Bu, İran üçün intihar olar
-
Hadisə05:15Faciəvi şəkildə ölən müəllimin görüntüləri - Video







.jpg)

























