Nida.az
Ankaradan “Gülən əməliyyatı”, Sarkisyanın sonu... – GÜNÜN SİYASİ XÜLASƏSİ
İyulun 19-da da medianın gündəmində Türkiyədəki hərbi çevriliş cəhdindən sonra ölkədə baş verən hadisələr və Ermənistandakı silahlı qiyam xüsusi yer tutdu. Hərbi çevriliş cəhdinin edildiyi 15 iyunun səhərisi başlanan həbslər bu gün də davam etdi.
Hərbi çevriliş cəhdinin dördüncü günü
Ərdoğan: "Öldürülərdim, ya da..."
Türkiyədə dövlət çevrilişinə cəhd zamanı qiyamçılar tərəfindən prezident Rəcəb Tayyib Ərdoğanın iki mühafizəçisi öldürülüb.
Ərdoğan bu haqda Amerikanın CNN televiziya kanalına müsahibəsində bildirib. Dövlət başçısı həmçinin qeyd edib ki, hadisənin baş verdiyi vaxt ailəsi ilə birlikdə istirahət etdiyi Marmarisdə daha 10-15 dəqiqə qalsaydı öldürülə ya da tutula bilərdi.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu sabah Vaşinqtona səfər edəcək. Ehtimallara görə, M. Çavuşoğlu Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı danışıqlar aparacaq.
Ədliyyə naziri Bəkir Bozdağ Fəthullah Gülənin Türkiyəyə qaytarılması tələbinin Prezident, Baş nazir və Xarici İşlər Nazirliyi səviyyəsində edildiyini açıqlayıb. O, qeyd edib ki, Türkiyə ABŞ-dan Fəthullah Gülən qaytarılana qədər onun 60 günlük həbs olunmasını tələb edib.
Baş nazir Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib ki, Türkiyə Fəthullah Gülənin hərbi çevriliş cəhdində iştirakını sübut edən dəlilləri ABŞ-a göndərib.
Türkiyənin müxtəlif idarə və təşkilatlarında gün ərzində həbslər davam etdi.
Türkiyə Dini İşlər İdarəsində Fəthullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşu (FETÖ/PDY) ilə əlaqəli olan 492 vəzifəli şəxs vəzifəsindən uzaqlaşdırılıb.
Milli İstihbarat Təşkilatının (MİT) 100, Türkiyə Təhsil Nazirliyinin 15200, Türkiyə baş nazir aparatının 257 əməkdaşı işindən uzaqlaşdırılır. Türkiyədə hərbi çevriliş cəhdindən sonra 9322 nəfər barəsində istintaq işi davam edir.
Türkiyədə FETÖ ilə əlaqəsi olan media qurumlarının lisenziyası ləğv edilib
Türkiyə Radio və Televiziyası Ali Şurası (RTÜK) FETÖ/PDY təşkilatları ilə bağlantısı olan bütün media qurumlarının lisenziyasının ləğv edilməsinə qərar verib.
RTÜK-ün bu gün keçirdiyi növbədənkənar iclasında terror təşkilatı ilə əlaqəsi olan, onu dəstəkləyən qurumların lisenziyası ləğv edilib. Lisenziyası ləğv edilən televiziya və radiolar bunlardır: STV, Samanyolu Xəbər, Samanyolu Xəbər Radio, Can Erzincan TV, Kanal 124, Yumurcak TV, Hira TV, MC TV, Dünya TV, Kanal Türk, Bugün TV, Mehtap TV, Berfin FM, Kanal Türk Radio, Burç FM, Samanyolu Xəbər Radiosu, Radyo Mehtap, Xəbər Radio Ege, Dünya Radio, Radio Küre, Merkür TV, Esra Radio, Tuna Shoping TV, Samanyolu Xəbər Radio Anadolu.
TBMM-ni bombalayan pilot PKK-ya sığındı
İyulun 15-də hərbi çevrilişə cəhd zamanı Türkiyə Böyük Millət Məclisini (TBMM) bombalayan pilot PYD- yə (PKK terror təşkilatının Suriya qanadı –red.) sığınıb.
Bu haqda istintaqa cəlb olunan əsgərlərdən biri deyib. Pilot bəzi əsgərlərlə Suriyaya qaçıb. Əsgər pilotun PYD-nin nəzarətindəki bölgədən daha sonra hara keçəcəyini bilmədiyini söyləyib. PKK-ya yaxınlığı ilə tanınan bir internet saytı da xəbəri təsdiqləyib.
İrəvanda qiyam
"Yeni Ermənistan" hərəkatının bir qrup üzvünün iyulun 17-də
paytaxt irəvan yaxınlığındakı Erebuni rayonunda yerləşən polis
patrul alayının binasını ələ keçirməsi ilə başlanan qiyam davam
edir. Onlar yüksək rütbəli polis zabitlərini və digər əməkdaşları
da girov götürüblər. Girovlardan bəzilərini azad etsələr də,
hazırda əllərində 4 şəxs var.
Silahlı qrup həbsdə olan Jiray Sefilyanın azad olunmasını,
həmçinin, Serj Sarkisyanın istefasını tələb edirlər.
Polis patrul alayının binasını ələ keçirən qiyamçılarla danışıqlar aparır.
Oskanyandan SOS: "Ermənistanda hərbi qiyam..."
"Üç gündür ki, Ermənistanda gərgin vəziyyət yaranıb, silahlı qarşıdurma yaşanır. Hərbi qiyam və daha böyük faciəli hadisələr baş verə bilər. Hazırda ölkə hərbi qiyam təhlükəsi ilə üz-üzədir".
Bu fikirləri Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bəyan edib.
Sabiq nazir deyib ki, hazırda Ermənistanda silahlı çevrilişin baş verməsi ehtimalları var. Onun sözlərinə görə, əgər hökumət təcili olaraq islahatlara getməsə, yenə də günahsız insanların qanı töküləcək.
Ermənistanda əhali silaha əl atır – Sarkisyanın sonudur?
"Ermənistanda əhalinin əksəriyyəti siyasi məsələləri
silah yolu ilə həll etməyin tərəfdarıdır". Bu barədə
Ermənistan parlamentinin deputatı Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, burada günahkar Serj Sarkisyandır: "Sarkisyan elə siyasət apardı ki, əhali silaha əl atmaq məcburiyyətində qaldı. Buna görə də, polis binasını tutaraq, Jirayr Sefilyanın azad olunmasını tələb edənləri terrorçu adlandırmaq doğru deyil. Əgər onları terrorçu adlandırsaq, deməli əhalinin əksəriyyəti də terrorçudur. Çünki əksəriyyət həll yolunu silahda görür".
Ömər Dağlı
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC



































