Nida.az
Putindən Avropanı diz çökdürəcək layihə: Ərdoğan “hə” desə...
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putin təyyarə böhranından sonra ilk dəfə bu gün Sankt-Peterburqda görüşəcək. Artıq Qərb bundan narahat olmağa başlayıb. "Financial Times" nəşri yazıb ki, Ərdoğan-Putin görüşü Qərbdə təşvişlə izlənilir. Lakin Qərbin narahatlığına təkcə bu yaxınlaşma yox, eyni zamanda Putinin çantasındakı layihə də səbəb olub.
Publika.az xəbər verir ki, "Haber7" saytının yazarı Taha Dağlı Putinin Ərdoğanla görüşə "Avrasiyaya inteqrasiya" layihəsi ilə gəldiyini yazıb: "Türkiyə ilə Rusiya münasibətlərini normallaşdırır, bu vaxt bir çevriliş cəhdi baş verir. Bu cəhdin qarşısını alan prezident Ərdoğan ilk dəfə Putinlə görüşür".
Yazar qeyd edib ki, Suriyada 5 ildir davam edən daxili müharibədə Rusiya və Türkiyə əks qütblərdə yer alır.
"Lakin buna baxmayaraq, Suriya məsələsi iki ölkə münasibətlərinə qarışdırılmadı. 24 noyabr 2015-ci ilə qədər davam edən bu münasibətlər FETÖ-NATO adlandıra biləcəyimiz əməliyyat nəticəsində vurulan Rusiya təyyarəsi ilə Ankara-Moskva münasibətləri pozuldu. Ciddi gərginliklər yaşandı. Nəhayət aylar sonra Ərdoğanın Kremlə göndərdiyi məktubla münasibətlər normallaşmağa başladı. Nəticədə Türkiyədə dövlət çevrilişi cəhdi yaşandı. Çevriliş cəhdindən bir həftə öncə NATO-nun Varşava sammitində Rusiyaya qarşı sərt siyasət yürüdülməsi ilə bağlı qərarlar verildi. Bu aydındır ki, NATO Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Lakin Türkiyə-Rusiya münasibətlərinin qaldığı yerdən davam etməsi NATO-nun oyunlarını pozdu. Türkiyə Avropa Birliyi ilə müzakirələrə son qoyacaqmı, NATO-dan ayrılıb Rusiya ilə yoluna davam edəcəkmi? Bu suallar Qərbi narahat edir. Çünki Ərdoğanın Rusiya səfəri tək tərəfli addım deyil. Bu, əvvəldən planlaşdırılıb. Bu, həm də Rusiyanın həmləsidir. Amma o da məlumdur ki, Türkiyə Qərbə arxa çevirməyəcək. Sadəcə olaraq, Rusiya ilə ikitərəfli və regional münasibətlərin səviyyəsini yüksəldərək, ABŞ və NATO-ya, həmçinin, PKK və FETÖ terroruna dəstək verən Avropa Birliyinə mesaj verəcək", - deyə məqalədə bildirilir.
Müəllif dünən Bakıda Putin-İlham Əliyev-Həsən Ruhani görüşünə diqqət çəkib.
Qeyd edək ki, təyyarə böhranı baş verməsəydi, bu zirvə görüşünə Ərdoğan da qatılacaqdı: "İndi bu böhran geridə qalıb. Rusiya mediası da Rusiya-İran-Azərbaycan əməkdaşlığına Türkiyənin də qatıla biləcəyini, beləliklə dörd ölkə prezidentinin zirvə sammiti olacağını yazıb".
T.Dağlı "dördlüyün" önündə hansı planların ola biləcəyini də proqnozlaşdırıb.
1. Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqının fəaliyyəti güclənəcək.
2. Rusiya bu layihəyə ümumi olaraq "Avrasiyaya inteqrasiya" deyir. Türkiyənin bu iki təşkilatla təması artırılacaq.
3. Asiyasi və Avropa qitələri arasında yerləşən Türkiyə bu layihədə vazkeçilməz ölkədir.
4. 15 iyul çevriliş cəhdindən sonra Türkiyə və Rusiya ittifaq qura bilər. Putinin "Avrasiyaya inteqrasiya" adlandırdığı bu əməkdaşlıq formatında Türkiyəyə böyük ehtiyac var. Qərbin narahatlığı da buradan qaynaqlanır.
Asif
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO