Nida.az
5 rayonun qaytarılmasına bir neçə saat sonra QƏRAR VERİLƏCƏK
Regionda Azərbaycan-Rusiya-İran və
Azərbaycan-Rusiya-Türkiyə yaxınlaşması ilə
Azərbaycan-Türkiyə-Rusiya-İran birliyi yaranır.
Publika.az xəbər verir ki, Kremlin ideoloqu
kimi tanınan Aleksandr Duqin bunu "Avrasiya qövsü" kimi
qiymətləndirir.
Ən maraqlısı odur ki, Duqin bu qövsə Ermənistanı da əlavə edir.
Ermənistanın bu qövsə daxil olması isə heç şübhə yox ki, Dağlıq
Qarabağ münaqişəsinin həllindən keçir.
Duqin bu məsələni istisna etmir və bildirir ki, ilkin olaraq
Qarabağ ətrafında 5 rayon Azərbaycana qaytarılacaq.
Duqinin bu fikirləri fonunda bu gün Moskvada Putin-Sarkisyan görüşü
gündəmə gəlir. Gözləntilərə görə, Putin Moskvada Sarkisyanı
münaqişənin həllinə razı salacaq.
Rusiyanın irəli sürdüyü formul belədir: İşğal olunmuş Dağlıq
Qarabağ ətrafındakı yeddi rayondan beşi ilkin mərhələ olaraq
Azərbaycana qaytarılır. Qarabağa aralıq status verilir. Daha sonra
iki rayonun qaytarılması məsələsinə baxılır. Qaçqın və məcburi
köçkünlərin qayıdışı təmin olunur. Son nəticədə Dağlıq Qarabağın
yekun statusu həll edilir.
Ermənistan mediası da bu gün keçiriləcək Sarkisyan-Putin görüşünü
ərazilərin qaytarılmasına startın verilməsi kimi
qiymətləndirir.
"Lragir" saytı yazır ki, Qarabağ ətrafındakı beş rayon ilkin olaraq
qaytarılacaq.
"Rusiya "Avrasiya qövsü"ndə Azərbaycanı körpü olaraq seçib. İki gün
öncə Bakıda üçtərəfli görüş keçirildi. Dünən isə Putin Ərdoğanla
görüşdü. Onun üç prezidentlə nələri razılaşdırdığı məlum deyil.
Lakin bu gün Sarkisyanla görüşdə beş rayonun qaytarılması
məsələsini həll etməyə çalışacağı istisna deyil".
Qeyd edək ki, Putin-Sarkisyan görüşünün günün ikinci yarısı, yaxud
axşam saatlarında baş tutacağı gözlənilir.
Asif
-
MDB12:00Dəniz döyüşləri böyüyür: Ukrayna tankeri belə vuruldu - VİDEO
-
Yaxın Şərq11:53Hörmüz boğazı yaxınlığında neft tankerləri minaya düşdü
-
Art11:36Ayaz Salayev: İttifaq ölüb! - Müsahibə
-
MDB11:30Zelenski niyə şüşə arxasından çıxış etdi?
-
Sağlamlıq09:37Ürək sağlamlığı üçün 1 nömrəli qəlyanaltı
-
Hadisə08:55Xırdalanda binada yanğın - Yeniləndi
-
MDB08:24Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
-
ABŞ08:00ABŞ İrana qarşı yeddinci gecə hücumlarını başa çatdırdı - Yeniləndi






.jpg)





























