Nida.az
Qarabağ görüşündə qəfil dönüş: Putindən “təhlükəli oyun” açıqlaması
Dünən Dağlıq Qarabağ münaqişəsinin həlli fonunda həyəcanla gözlənilən Putin-Sarkisyan görüşündə qəfil dönüş olub.
Publika.az xəbər verir ki, "lenta.ru" saytı
prezidentlərin jurnalistlər üçün mətbuat konfransı keçirmək
niyyətində olmadıqlarını yazıb. Lakin Krıma edilən hücuma görə
planlarda qəfil dəyişiklik edilib.
Qəfil dönüş
Vladimir Putinlə Serj Sarkisyanın görüşü heç bir ssensasiya
xarakteri daşımırdı. Avqustun 8-də Bakıda Rusiya-İran-Azərbaycan
prezidentlərinin görüşündən bir gün sonra Putin Ərdoğanla görüşdü.
Sarkisyanla görüşə gəlincə, bu danışıqlarda İrəvanda polis
binasının tutulması ilə başlanan hadisələrin müzakirəsi
aparılacaqdı. Hər şey əvvəlcədən gözlənilən idi. Dövlət başçıları
hətta jurnalistlər qarşısında bəyanatla çıxış etməyə
hazırlaşmırdılar. Lakin günün ikinci yarısında Federal
Təhlükəsizlik Xidmətinin Ukrayna diversantlarının Krıma hücum
etdikləri haqda məlumatı planın kəskin şəkildə dəyişməsinə səbəb
oldu. Mətbuata xəbərdarlıq edildi ki, Putin danışmaq istəyir.
Putindən xəbərdarlıq
"Bu çox həyəcanlı informasiyadır. İlk baxışdan bu, axmaq cinayətkar
addım kimi görünür. Axmaq hərəkətdir, çünki Krımda yaşayan
insanlara bu yolla təsir etmək qeyri-mümkündür. Bu,
cinayətkarlıqdır, çünki insanlar həlak oldu", - deyə Putin
bildirdi.
O, belə vəziyyətdə Norman formatında görüşün mənasız olduğunu
vurğulayıb.
Halbuki, Rusiya xarici işlər naziri Sergey Lavrov iki gün əvvəl
bildirmişdi ki, Çində keçiriləcək Böyük İyirmiliyin sammitində
Norman formatının görüşü ola bilər.
"Bu əlaqələr mənə Luqansk respublikası rəhbərinə qarşı sui-qəsdi
xatırladır. Budur, indi Krımın ərazisinə müdaxilə etməyə cəhd olub,
Rusiya tərəfindən iki hərbi qulluqçu öldürülüb. Belə şeylərin
üzərində keçməyəcəyik", - Putin sərt sözlərlə davam etdi.
Putin "Bu, çox təhlükəli oyundur" deyə xəbərdarlıq etdi.
Sarkisyan "günah keçisi"ni tapdı
Rusiya prezidenti daha sonra avqustun 8-də Bakıda Prezident
İlham Əliyevlə görüşü haqda danışdı. Və təkrar etdi ki, problemin
həllində güzəştlərə ümid edir.
Lakin Putin Bakıda aparılan müzakirələri konkret
açıqlamayıb.
Sarkisyan isə İrəvandakı hadisələrə toxunaraq, çıxışına heç də
gözlənilməz olmayan sözlərlə davam edib.
"Silahlı qrup tərəfindən polis alayının binasının tutulması
göstərdi ki, ermənilər Qarabağ məsələsində güzəştləri yolverilməz
hesab edirlər. Belə bir addım ölkə daxilində vəziyyəti partlada
bilər", - deyə erməni prezident güzəştə getməməsini ermənilərin
üzərinə yıxıb. Halbuki, İrəvandakı hadisələrin Qarabağla bağlı
aparılan prosesdə birbaşa onun əlinə işlədiyi şübhəsiz idi.
Ermənilər yenə müharibə istəyir?
Sarkisyan "birtərəfli güzəştlər olmayacaq, Qarabağ Azərbaycanın
tərkibində olmayacaq" deyə yenə "dördgünlük müharibə"dən əvvəlki
mövqeyinə qayıdıb.
Və bu, avtomatik olaraq, müharibə variantını yenidən gündəmə
gətirir.
Yox, onlar qorxur və Putinə sığınırlar
Moskvada olan erməni jurnalistlər bu qorxu ilə Putinə "Azərbaycan
Rusiyadan silahlar alır, amma Moskva Ermənistana silah
çatdırmalarını ləngidir, bu növbəti kəskinləşməyə şərait
yaratmırmı?" sualı ilə müraciət ediblər.
Sarkisyanın Putinə deyə bilmədikləri
Təbii ki, bu sualın İrəvan mətbəxində hazırlandığı aydındır.
Sarkisyan özünün deyə bilmədiyini "azad söz" adı altında erməni
jurnalistlərə səsləndirir.
Və Putindən "sillə kimi cavab"
Və bu məqmda Putinin cavabı olduqca maraqlı idi.
"Müasir silah bazarında istənilən ölkə silah ala bilər.
Anlayırsınızmı? Harda olursa olsun, bu, mümkündür. Lakin mən indi
diqqəti işin hərbi tərəfinə çəkməzdim. Əgər biz problemi həll etmək
istəyiriksə, sülhlə qərar verməliyik. Rusiya Ermənistanı silahla
təmin etmək öhdəliklərini yerinə yetirir. Neft hasilatçısı, inkişaf
edən iqtisadiyyata malik, böyük qızıl və valyuta ehtiyatlarına
sahib olan Azərbaycan da əlbəttə ki, istədiyi yerdən silah almaq
iqtidarındadır", - deyə Rusiya prezidenti erməni jurnalistlərin,
dolayısı ilə Sarkisyanın arzulamadığı cavabı verib.
Asif
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO