Nida.az
Avropa Parlamentinin vitse-prezidentindən referendum açıqlaması
"Düşünürəm ki, tək iqtisadiyyat deyil, digər sahələrdə də biz Azərbaycanla daha yaxından əməkdaşlıq etməliyik".
Məlumata görə, bunu Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetski deyib.
O, Azərbaycana səfərindən məmnun olduqlarını bildirib: "BAXCP sədri Qüdrət Həsənquliyevin dəvəti ilə Azərbaycandayıq. BAXCP bizim Azərbaycandan olan siyasi tərəfdaşımızdır. Bu mənim Azərbaycana ilk səfərim deyil. İlk səfərim 1999-cu ildə olub. Artıq 12-ci dəfədir, Azərbaycana gəlirəm. Bu dəfə çox vacib referendum öncəsi gəlmişik. Hazırda qarşıdan gələn referendumla bağlı çox məlumatımız var. Bu gün ölkə başçısı İlham Əliyevlə, Ali Məhkəmənin sədri və bir çox başqa rəsmi şəxslərlə görüşdük. Onu deyə bilərəm ki, referendumun nəticəsinə tam hörmətlə yanaşacağıq, bizim üçün ən vacib olanı Azərbaycan xalqının seçimidir".
R. Çarnetski onu müşayiət edən italiyalı və polşalı həmkarları üçün bunun Azərbaycanla ilk tanışlıq olduğunu qeyd edib: "Bu səfər onlar üçün də Azərbaycan haqqında məlumat almaq baxımından çox əhəmiyyətli olub". (APA)
-
Dünya02:00İran dünyanın ən böyük maye qaz kompleksinə zərbə endirdi - Qətər sərt addım atdı
-
Qoroskop01:40Günün ulduz falı: gələcəklə bağlı planlarınızı yenidən nəzərdən keçirin!
-
Dünya00:55Xəzər dənizindəki İran gəmiləri vuruldu
-
ABŞ18 Mart 21:39ABŞ vizası almaq istəyənlərin nəzərinə: On beş min dollar və ya…
-
Dünya18 Mart 20:12İranın xəbərdarlığı bazarları silkələdi: Neft obyektləri boşaldılır
-
İnanc18 Mart 19:50Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
-
Kriminal18 Mart 19:4016 yaşlı Nuranəni boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
-
Region18 Mart 18:50Pezeşkian onların ölümündən yazdı









_(1).jpg)




























