Nida.az
Erməni politoloq: “Qarabağı qaytaracağıq, əvəzində...” – rəsmi Bakı qalib gəldi
"1994-cü ildə Bişkek protokolundan sonra ərazilərin
verilməsi məsələsi aktual olub. Əvvəlcə ərazilərin qaytarılması
əvəzinə Qarabağa statusun verilməsi nəzərdə tutulurdu. İndi isə
ərazilər qaytarılır, əvəzində sadəcə müharibəyə son
qoyulur".
Publika.az xəbər verir ki, bu barədə "Modus
Vivend" mərkəzinin rəhbəri, politoloq Ara Papyan deyib.
Onun sözlərinə görə, son danışıqlarda ərazilərin qaytarılması
əvəzinə aralıq statusun verilməsi gündəmə gəlib.
"Bu, təzə xəbər deyil, hansı ki, 1994-cü ildə biz buna razı
olduq, Madrid prinsipləri ilə inkişaf etdirdik, indi də əkdiyimizi
biçirik. Sülh naminə güzəştlərin sülhə gətirib çıxaracağı çətin
görünür, bu, dəhşətli müharibəyə səbəb ola bilər. Bizim seçimimiz
pis və çox pisin arasındadır. Pis seçim indiki vəziyyətdir.
Ərazilərin qaytarılması bizim vəziyyətimizi pisləşdirəcək. Hazırda
danışıqlar prosesi davam edir və bizim alternativlərimiz yoxdur", -
deyə o bildirib.
A. Papyan qeyd edib ki, Serj Sarkisyanı əraziləri qaytarmağa
məcbur edirlər: "2008-ci ildə o, hakimiyyətə gələndə əla bilirdi
ki, onu bu gözləyir".
Asif
-
Magazin100:15Azərbaycanlı müğənni ağır qəzaya düşdü
-
Qoroskop00:00Günün ulduz falı - Sizin ən güclü silahınız odur
-
Magazin13 Mart 23:48Zaur Əmiraslanova ağır itki üz verdi
-
Dünya3 Mart 23:36"Qanlı Ay" tutulması - Kimlər görə bildi?
-
Region3 Mart 23:24İranın məxfi nüvə mərkəzi vuruldu
-
Region3 Mart 22:40Xameneinin dəfn yeri məlum oldu
-
Sağlamlıq3 Mart 21:48Sağlam yuxunun müddəti müəyyən edildi
-
Region3 Mart 20:24İranın yeganə PUA daşıyıcısı məhv edildi






























.jpg)






