Nida.az
Fazil Mustafa: “Mitinqə görə Milli Şuraya xaricdən dəstək olunub”
"İndi hər hansı məsələnin sosial şəbəkələr vasitəsilə diqqətə çatdırılması Milli Şuranın keçirdiyi mitinqdən daha effektli və üstündür".
Bunu Publika.az-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Milli Şuranın sentyabrın 11-də keçirdiyi mitinqə münasibət bildirərkən deyib.
F.Mustafa Milli Şuranın 11 sentyabr mitinqinin cəmiyyət həyatı üçün ciddi təsirinin olmadığını söyləyib: "Güman etmirəm ki, bu cür mitinqlərin cəmiyyət həyatına ciddi təsiri olsun. Bu sadəcə olaraq ümumi və ənənəvi üsuldur, Milli Şura da bu yolu davam etdirir. Bu yolla isə ölkədə ictimai-siyasi vəziyyəti dəyişmək mümkün deyil".
Deputat qeyd edib ki, bütün hallarda Milli Şuranın mitinq keçirməklə xaricdən dəstək qazanması şübhə doğurmur: "Çox güman ki, bu cür hallar mövcuddur. Çünki xaricdən hər hansı dəstək olmasa, Milli Şuranın bu formatda tədbirlər keçirmək imkanı çox azdır. Mən hesab edirəm ki, bu mitinqə görə Milli Şuraya xaricdən dəstək olunub. Bunlar özləri bu yolu tutduqları üçün hər zaman Azərbaycanın maraqlarını müdafiə etmək və düşünmək imkanına sahib olmurlar. Yəni, onların getdiyi bu yol yanlışdır. Milli Şura Azərbaycan daxilində resurslar axtarmalıdır, xalqın dəstəyini qazanmalıdır. Yəni, daha çox əhalinin dəstəyini qazanmaq haqqında düşünmək lazımdır. Çünki xaricin hansı məqsədlərə xidmət edən addımlar atdığını biz yaxşı bilirik. Məncə, Azərbaycanda da bunun bir effekti olmayacaq".
Vasif Həsənli
-
ABŞ08:00ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başladı
-
İdman07:30FİA yeni qaydaları təsdiqlədi - Yağış yağarsa…
-
Sosial07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
Magazin206:16“Eşref Rüya”da yeni sima - Foto
-
Qadın04:44Məşhur stilist qadın gözəlliyinin sirrini açıqladı - Foto
-
Magazin100:15Azərbaycanlı müğənni ağır qəzaya düşdü
-
Qoroskop00:00Günün ulduz falı - Sizin ən güclü silahınız odur
-
Magazin13 Mart 23:48Zaur Əmiraslanova ağır itki üz verdi





























.jpg)






