Nida.az
Səfir: "Ermənistandan gələn idman komandaları İrana ciddi nəzarət altında buraxılacaq"
"İranda keçirilən idman yarışında erməni idmançının köynəyində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının əks olunması İran və Azərbaycan arasında olan yüksək əlaqələri korlamaq məqsədi daşıyırdı".
APA-nın məlumatına görə, bunu səlahiyyət müddəti başa çatan İran səfiri Möhsün Pakayin deyib.
Səfir qeyd edib ki, İran dövlətinin məsələyə münasibəti kəskin olub: "İdman yarışlarının təşkilat komitəsinə ciddi xəbərdarlıq edildi. Gələcəkdə Ermənistandan gələn idman komandaları İrana ciddi nəzarət altında buraxılacaq. Biz qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımırıq".
Qeyd edək ki, İranda yaşayan ermənilərin idman olimpiadasına Gürcüstan və Ermənistan qonaq kimi dəvət olunub. Ermənistan təmsilçisi olan idmançının geyiminin üzərində uydurma "DQR"-in bayrağı əks olunması Azərbaycanın ciddi narazılığına səbəb olub.
-
Magazin119:36Aygün Kazımovanın görün nə qədər vergi borcu var
-
Hadisə19:12Bu rayonda zəlzələ oldu
-
Hadisə19:00Sumqayıtda güclü yanğın baş verdi - VİDEO
-
Nida Xəbər 18:48Gənc oğlanı qaçırıb evlənməyə məcbur etdilər
-
İdman18:36Qurbanov sağlam qidanın "Qarabağ"ın nəticələrinə təsirindən danışdı
-
MDB15:32Putin Məmmədovla Gevorkyanı təltif etdi
-
MDB15:02Ukraynanın ağır dronları 2 min km qət etdi, Uxtanı vurdular: Neft emalı zavodu yanır
-
Nida Xəbər 14:50Hakimiyyəti zorla ələ keçirmək istəyənlərin - TAM SİYAHISI






























.jpg)

