Nida.az
Əli Həsənov jurnalistlər üçün inşa edilən yeni binanın təhvil veriləcəyi vaxtı açıqladı
"Azərbaycan televiziyaları xeyli inkişaf edib. Bunun üçün bütün zəruri tədbirlər görülür".
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının isə 60 illiyinə həsr olunan təntənəli yubiley mərasimində çıxışı zamanı bildirib. Ə.Həsənov Azərbaycan televiziyasının müstəqillik illərində keçdiyi yola nəzər salaraq deyib ki, Azərbaycan müstəqilliyin ilk illərində kütləvi informasiya vasitələri öz missiyalarını yerinə yetirə bilmirdilər: "Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə bu sahə xeyli inkişaf etdi, senzura ləğv edildi. Heydər Əliyev deyirdi ki, teleradio nəsillər arasında bağlılığı təmin edir. Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi media sahəsində də inkişaf hiss olunur. İnternetə çıxış imkanları artıb".
Prezidentin köməkçisi qeyd edib ki, hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional televiziya fəaliyyət göstərir: "Azərbaycan televiziya yaradılma işində müsəlman Şərqində birinci olub. Hər bir xalqın teleradiosu onun güzgüsüdür. Teleradio milli mədəniyətin ən yaxşı nümunələri üzə çıxarır, onu təbliğ edir. Teleradionun ən mühüm funksialarından biri də maarifləndirmədir. Teleradio həm də tarixi özündə yaşadan bir vasitədir".
Ə.Həsənov jurnalistlər üçün inşa edilən çoxmırtıbəli yaşayış binasının nə zaman təhvil veriləcəyini də açıqlayıb: "Prezident İlham Əliyev mediaya dövlət qayğısını sistemləşdirib. 2013-cü ildə jurnaistlər üçün bina tikilidi, istifadəyə verildi. Növbəti bina da tikilir. Yəqin ki, jurnalistlər üçün inşa edilən yeni bina bu ilin sonu və yaxud 2017-ci lilin əvvəlində təhvil veriləcək".
Vasif Həsənli
-
ABŞ00:27ABŞ çox yaxında Pikaks dağına zərbə endirə bilər
-
Hadisə00:15Şahbuzda baş verən dəhşətli qəzada ölənlərin fotoları - Yeniləndi
-
Magazin14 Sentyabr 19:10Xalq artistinin müalicəsi nəzarətə götürüldü
-
Nəqliyyat4 Sentyabr 17:48Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
-
Region4 Sentyabr 15:34Paşinyan Rusiyanı şantaj edir - Ermənistana sərt xəbərdarlıq
-
Rəsmi xronika4 Sentyabr 15:11İlham Əliyev Niderlanda yeni səfir təyin etdi
-
Dünya4 Sentyabr 12:20Bu ölkələr hərəkətə keçdi: Rusiya ilə müharibə başlayır?
-
Magazin14 Sentyabr 12:11Xalq artisti reanimasiyaya yerləşdirildi - FOTO






.jpg)







.jpg)




















