Əli Həsənov Azərbaycanın Trampdan gözləntilərini AÇIQLADI
Bizi izləyin

Nida.az

Əli Həsənov Azərbaycanın Trampdan gözləntilərini AÇIQLADI

Əli Həsənov Azərbaycanın Trampdan gözləntilərini AÇIQLADI

"Donald Trampın prezident seçilməsindən ən böyük gözləntimiz ABŞ-ın Minsk qrupundakı fəaliyyətini daha da fəallaşdırmasıdır".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov gənclərə həsr olunmuş bugünkü tədbirdə deyib.

Ə.Həsənov fikirlərinə belə davam edib: "Amerika xalqı dünən 45-ci prezidentini seçdi. Bu seçimə bütün dünya birliyi dövlətləri kimi Azərbaycan da hörmətlə yanaşır. Bununla bağlı Azərbaycan Prezidenti Cənab İlham Əliyev də öz təbrik məktubunu Cənab Trampa göndərdi. Azərbaycanın ən böyük gözləntisinə gəlincə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Azərbaycan prezidenti də təbrikində qeyd etdi ki, Donald Trampın prezident seçilməsi ilə ABŞ-ın Minsk Qrupunda fəaliyyətinə bir dinamizm gələcəyinə, ABŞ-ın bu sahədə fəallaşacağına inanır. İnanırıq ki, nəhayət Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq. ABŞ-la Azərbaycan arasında bilirsiz ki, səmərəli əməkdaşlıq əlaqələri var. Biz neçə illərdir ki, ABŞ-la çiyin-çiyinə dünyada sülh yaratmaq proseslərində iştirak edirik. Bu sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək".

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm