Sosial
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Səbail rayonu ərazisində yerləşən Respublika Klinik Xəstəxanasında, Nizami rayonu ərazisində yerləşən 7 saylı Doğum Evində və 12 nömrəli tam orta məktəbdə, Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən Zirə Sağlamlıq Mərkəzində, Sumqayıt RM tərəfindən Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin 2-ci Hərbi Polis şöbəsində, “Karvan” Ticarət Mərkəzində və Abşeron Su Meliorasiya Sistemləri İstismarı İdarəsində, Gəncə RM tərəfindən Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə, Aran RM tərəfindən “Aztelekom” İstehsalat Birliyinin Aran Regional filialının Göyçay rayon şöbəsində və Kürdəmir rayonu, Şıxımlı kənd tam orta məktəbində, Şimal-qərb RM tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin Qobustan Xidmət Sahəsində, Şimal RM tərəfindən Quba rayonu Heydər Əliyev Mərkəzində və Quba Rayon İcra Hakimiyyəti başçısının Qəçrəş kənd inzibati ərazi üzrə nümayəndəndəliyində, Muğan RM tərəfindən Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsində, Qarabağ RM tərəfindən Ağdam rayonu, Cabbar bəy Vəlibəyov adına Birinci Baharlı kənd tam orta ümumtəhsil məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı







.jpg)










































