Dünya
İran dərmansız qalıb: Xəstələr ev əşyalarını satırlar ki...
İranda müharibə və ABŞ sanksiyalarının ağırlaşdırdığı iqtisadi böhran dərman təminatında ciddi problemlərə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, ölkədə təxminən 800 adda dərman qıtlığı yaşanır. Xroniki və ağır xəstəlikləri olan minlərlə insan müalicəsi üçün zəruri dərmanları əldə etməkdə çətinlik çəkir. Qiymətlərin kəskin artması bəzi xəstələri dərman dozalarını azaltmağa, həkim müayinələrini təxirə salmağa və daha ucuz, lakin daha az təsirli preparatlara üz tutmağa məcbur edir.
İranda 18 mindən çox aptek sığorta şirkətlərindən ödəniş gözləyir. Sığorta borclarının ümumi məbləğinin təxminən 300 milyon dollara çatdığı bildirilir. Ödənişlərin aylarla gecikməsi apteklərin dərman ehtiyatlarını yeniləməsini çətinləşdirir.
Müharibə də ölkənin dərman sektoruna ciddi zərər vurub. İlin əvvəlində ABŞ və İsrailin hava hücumları nəticəsində 40-dan çox dərman şirkəti, avadanlıq təchizatçısı və distribyutor zərər görüb. Zərərçəkənlər arasında xərçəng dərmanları və anesteziklərin istehsalında istifadə olunan maddələri istehsal edən müəssisələr də var.
Böhran xəstələrin gündəlik həyatına da təsir edib. Məlumata görə, bəzi xərçəng xəstələri dərman ala bilmək üçün evlərindəki televizor və soyuducuları satırlar. Avropadan qrip peyvəndlərinin tədarükündə yaranan problemlər səbəbindən isə bu il mövsümi qrip peyvəndlərinin tətbiqi də dayandırılıb.
Müəllif: Roza
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto














.jpg)






















