Dünya
Koreyaları ayıran xəttdə partlayış: Hərbçilər yaralandı
Cənubi Koreya ilə Şimali Koreyanı ayıran demilitarizasiya zonasında (DMZ) partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Hadisə DMZ-nin qərb sektorunda, Hərbi Demarkasiya Xəttinin cənubunda hərbçilərin əməliyyat keçirdiyi vaxt baş verib. Partlayış nəticəsində üç Cənubi Koreya hərbçisi yaralanıb.
Yaralılardan ikisi helikopterlə təxliyə edilib. Üçüncü hərbçinin əvvəlcə avtomobillə, daha sonra isə helikopterlə xəstəxanaya çatdırılacağı bildirilib. Hadisənin digər detalları açıqlanmayıb.
Qeyd edək ki, Koreyalararası demilitarizasiya zonası dünyanın ən gərgin bölgələrindən biri hesab olunur. Şimali Koreya və Cənubi Koreya 1953-cü ildə atəşkəs sazişi imzalasa da, rəsmi sülh müqaviləsi bağlanmadığından hüquqi baxımdan müharibə vəziyyətinə son qoyulmayıb.
Son illərdə Pxenyan və Seul arasında münasibətlər də gərgin olaraq qalır. Şimali Koreya dəfələrlə raket sınaqları keçirib, Cənubi Koreya isə ABŞ-la hərbi əməkdaşlıq çərçivəsində müdafiə imkanlarını gücləndirir.
Müəllif: Adəm
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO













.jpg)
















