Nida.az
Trampın Putinlə əlaqələrini quran azərbaycanlı milyarder
Donald Trampın qələbəsi açıqlanandan bir az sonra Rusiya
parlamentində şənlik başlandı.
Publika.az xəbər verir ki, bu barədə Norveçin
"Aftenposten" nəşri Tramp-Putin əlaqələrinə həsr etdiyi məqaləsində
yazıb.
"Biz hamını təbrik edirik", - Putinin "Vahid Rusiya" partiyasından
olan Vyaçeslav Nikonov dedi. Bundan sonra Rusiya parlamentində
Trampın qələbəsini şampan şərabı və sosiskalarla qeyd etdilər.
Nəşr qeyd edir ki, Trampın qələbəsinə ən çox sevinənlərdən biri də
Kremllə sıx əlaqələrə malik olan milyarder Araz Ağalarovdur.
"Araz Ağalarov Rusiya milyarderləri arasında Trampla ən yaxın
münasibətə malik olan şəxsdir. Ağalarov azərbaycanlıdır. O, 11
milyard dollarla "Forbes"in siyahısına düşüb. Putin hakimiyyətinin
bir sıra nəhəng inşaat işlərini həyata keçirir. 2014-cü ildə Tramp
Moskvaya son səfərində dünya üzrə gözəllik müsabiqəsini keçirmək
üçün Ağalarovdan 110 milyon dollar pul alıb", - deyə nəşr
yazır.
Daha sonra məqalədə A.Ağalarovun Tramp haqqında fikirləri yer
alır.
"Allaha çox şükür. Yəqin, Amerika Rusiya ilə fasiləsiz
düşmənçilikdən yoruldu", - deyə Ağalarov "Komsomolskiy pravda"nın
Trampın prezident seçilməsi ilə bağlı sualını şərh edərkən deyir:
"Donald Tramp həqiqətən mənim xoşuma gəlir. Tramp verdiyi bütün
sözləri yerinə yetirir. Başa düşürsünüzmü?! Biznesdə verdiyin sözə
əməl etmək lazımdır, başqa cür heç nəyə nail olmaq mümkün
deyil".
Trampın qadınlarla bağlı sözlərinə gəlincə, Ağalarov belə deyir:
"Ən vacibi, kişi qadınlara sataşırsa, deməli o, əsl kişidir. Əgər
o, kişilərə sataşırsa, bu, ən pisidir".
Nəşr Ağalarovun oğlu Eminin də Trampla bağlı fikirlərinə yer
ayırıb.
Eminin "Trampı siz maliyyələşdirirsiniz?" sualına cavabı
maraqlıdır: "Mən özümü maliyyələşdirməyi bacarmıram, necə ABŞ-ın
prezidentini maliyyələşdirə bilərəm? Biz hamımız böhrandayıq".
Nəşr yazır ki, Tramp 30 ilə yaxındır Rusiya ilə sıx əlaqələrə
malikdir.
Asif
-
ABŞ02:4411 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI











.jpg)

.jpg)



.jpg)
.jpg)








.jpg)




.png)




