Dünya
Cənubi Koreya prezidentindən ABŞ-a çağırış: Şimali Koreyaya qarşı sanksiyaları yumşalt
Cənubi Koreya prezidenti Li Ce Men Vaşinqtonu Şimali Koreyanın silah proqramlarını dondura biləcək bir razılaşma müqabilində ona qarşı sanksiyaları yumşaltmağa çağırıb.
Publika.az xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb. Qəzetin çərşənbə axşamı dərc etdiyi xəbərdə deyilir:
"Cənubi Koreya prezidenti Li Ce Men ABŞ-ı Pxenyana qarşı sanksiyaları yumşaltmağa çağırır ki, bunun müqabilində onun silah proqramlarını donduracağına dair razılaşma əldə edilsin".
Li Ce Men, həmçinin ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inı danışıqlar masasına qaytara biləcək yeganə lider olduğuna inanır.
"İnanıram ki, onsuz da təsirsiz olan sanksiyaların əlavə nüvə silahlarının və qitələrarası raketlərin hazırlanmasının dayandırılması ilə əvəz edilməsinin böyük dəyəri var", - Li deyib.
Nəşr qeyd edir ki, dondurulma təmin edildikdən sonra Cənubi Koreya prezidenti Şimali Koreyanı nüvə arsenalını azaltmağa inandırmaq üçün güzəştlər yolu ilə etimad yaratmağı planlaşdırır. Qəzet əlavə edir ki, son məqsəd Pxenyanın nüvə silahı olmadan özünü kifayət qədər təhlükəsiz hiss edəcəyi şərait yaratmaqdır.
Li Ce Men sentyabrın 22-də BMT Baş Assambleyasında əsas çıxışını edəcək. Prezident BMT-də islahatlar və Cənubi Koreyanın qlobal problemlərin həllinə verdiyi töhfə ilə bağlı təkliflər təqdim etmək, eləcə də Koreya yarımadasında dinc yanaşı yaşamaq üçün öz vizyonunu açıqlamaq niyyətindədir.
Müəllif: Tural
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız




















.jpg)














