Nida.az
Ermənistanı Yer üzündən silmək istəyən KREMLİN ADAMI - SORĞU
Heydər Camal 70 yaşında vəfat etdi. Politoloji
fikirləri, fəlsəfi düşüncəsi ilə seçilən bu şəxsin vəfatının hər
şeydən öncə İslam dünyası üçün itki olduğu hesab edilir. Axı o,
Şimal qonşumuzun 20 milyon müsəlman kəsiminə xitab edən Rusiya
İslam Komitəsinin sədri idi. Digər tərəfdən, əslən azərbaycanlı
olan H.Camalın ölümü Azərbaycan üçün, xüsusilə Rusiyada
azərbaycanlı obrazı üçün ciddi itkidir.
“Rusiya siyasi sisteminə bağlı olsa da...”

“O, hər şeydən öncə İslamı cəmiyyətə çatdırma üslubu ilə
fərqlənirdi”. Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli
Məclisin deputatı Fazil Mustafa Heydər
Camalı belə xarakterizə edir.
Publika.az-a açıqlamasında F.Mustafa bildirib ki, Rusiyada belə
intellektual mövqeyə malik olan insanın olması Azərbaycanın xeyrinə
idi: “Heydər Camal Rusiya siyasi sisteminə bağlı şəxs olsa da,
ciddi prinsipiallığını, obyektiv mövqeyini itirmirdi. Onun
azərbaycanlı olması isə Rusiyada Azərbaycan haqqında düşüncələrə
müsbət təsir edirdi. Ümumilikdə İslam və türk maraqlarının
müdafiəsi baxımından onun ölümünü böyük itki hesab edirəm”.
“Onun məntiqi qarşısında duruş gətirmək çox çətin
idi”
![]()
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri
Sabir Rüstəmxanlı da Heydər Camal haqqında
fikirlərini Publika.az-la bölüşüb. Keçmiş deputat Heydər Camalla
bir neçə dəfə şəxsən görüşdüyünü deyir.
“Maraqlı, zəngin dünyası olan adam idi. Ondan əvvəl atası Cahid
Camalı tanıyırdım. O, böyük rəssamımız idi. Atası ilə da
görüşmüşdüm. Ümumiyyətlə, bütün həyatlarını Azərbaycan mədəniyyəti,
incəsənəti ilə bağlayan ailədir. Heydər Camal da həm İslam, həm də
Azərbaycan üçün böyük işlər görüb. Onu post-sovet məkanında yaxşı
tanıyırlar. Rusiya telekanallarında davamlı olaraq İslam dünyası,
Şərqlə bağlı mübahisəli məsələləri şərh edərdi. Öz məntiqi, ağlı və
böyük informasiyası ilə bütün İslam aləminin ləyaqətli təmsilçisi
idi. Xüsusilə Rusiyada İslamı xristianlara bağlamaq istəyənlərin,
yaxud mahiyyətindən kənar şərh etməyə cəhd edənlərin qarşısında
qala kimi dayanırdı. Heydər Camalın məntiqi qarşısında duruş
gətirmək çox çətin idi”, - deyə S. rüstəmxanlı vurğulayıb.
“Böyük itkidir”
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami
Cəfərov Publika.az-a açıqlamasında bildirib ki,
Heydər Camalla şəxsi tanışlığı olmasa da, haqqında çox eşidib: “Bir
sıra müsahibələrini də oxumuşam. Düşüncə adamı idi. Fikrimcə, belə
adamların itkisi böyük olur. Lakin Rusiyada və İslam aləmində ona
istinad olunacağını, daim xatırlanacağını hesab edirəm”.
Qeyd edək ki, H.Camalın Rusiya siyasi sisteminə bağlı olduğu
deyilsə də, 2010-cu ildə onun Rusiya müxalifətinin “Putin
getməlidir” adlı müraciətini imzalaması fikirləri qarışdırır.
H.Camal həmçinin, Dağlıq Qarabağ məsələsində də Rusiyaya qarşı
çıxış edirdi.
Misal üçün, o müsahibələrinin birində deyir: “Moskva icazə
versəydi, Dağlıq Qarabağ münaqişəsi çoxdan həll edilmiş olardı.
Əgər Ermənistana Rusiya dəstəyi olmasa, erməni dövlətinin
mövcudluğu məsələsi bağlana bilərdi. Amma Moskvaya onu dəstəkləmək
və erməni yarasını saxlamaq çox sərfəlidir. Bu, Azərbaycana təzyiqi
göstərmək üçündür. Gürcüstan üçün Cənubi Osetiya və Abxaziya belə
yara kimi Moskvaya xidmət edir”.
Onun fikrincə, Qarabağ münaqişəsinin həlli Ermənistanın dövlət kimi
ləğvi və torpaqlarının Azərbaycana ötürülməsindən ibarətdir.
H.Camal həmçinin hesab edirdi ki, ermənilər Allahın düşmənidir və
qeyd edirdi ki, Ermənistan birmənalı olaraq məhv olmağa
məcburdur.
-
MDB09:18“Ən varlı deputat” həbs edildi: Bu qədər pul mənimsəyib
-
Magazin108:10Tacirin oğlunu evləndirməzdən əvvəl etdiyi hərəkət gündəm oldu - Qadağan imiş…
-
İdman07:15Bu klubun prezidentindən şok açıqlama: Messiyə 1,4 milyard təklif etdim
-
Dünya06:46Dünyaya asteroidin çırpılacağı barədə xəbərlər yayıldı - Alimlər nə deyir?
-
Nida Təhlil 01:50Tramp ritorikanı dəyişdi - İrana hücum başlanır
-
Qoroskop01:40Günün ulduz falı: Uğurlu qərarlar dövrü başlayır
-
ABŞ00:45İrandakı 50 hərbi hədəf - Trampa siyahı təqdim edildi
-
ABŞ14 Yanvar 22:14ABŞ Azərbaycan vətəndaşları üçün də viza verilişini DAYANDIRIR - YENİLƏNDİ














.jpg)

.jpg)
















