Nida.az
Azərbaycan ATƏT-lə müzakirələr apardı
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının Prezidenti və xarici işlər naziri Didye Burkhalter ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Publika/az-a verilən məlumata görə,
görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli siyasi, iqtisadi
və mədəni əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
İsveçrə Konfederasiyasının Prezidenti və xarici işlər naziri Didye
Burkhalterin rotasiya qaydalarına uyğun olaraq, ATƏT-in Fəaliyyətdə
olan sədri funksiyasını da daşıdığını nəzərə alaraq, Azərbaycan
Respublikası ilə ATƏT arasında mövcud əməkdaşlıq və ATƏT-in
gündəliyində duran aktual məsələlər üzrə müzakirələr aparılıb.
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Avropa Şurasının
Nazirlər Komitəsinə sədrlik etdiyini qeyd edərək, sədrlik dövründə
Azərbaycanın irəli sürdüyü prioritetlər haqqında məlumat verib. O,
müvafiq olaraq, Azərbaycanın Avropa Şurasına, İsveçrənin isə ATƏT-ə
sədrlik etdiyini nəzərə alaraq, qarşılıqlı maraq doğuran aktual
məsələlər üzrə əməkdaşlığın və birgə layihələrin həyata
keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb.
Təhlükəsizliyin bölünməzliyinin ATƏT-in təməl prinsipi olduğunu
deyən nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin
həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək,
münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal
edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu
vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir
mübadiləsi aparılıb.
-
Sosial03:13
Vəzifəli şəxs iş yerindən oğurluq edir? - İDDİA/VİDEO
-
Region02:42
İstanbulda AİLƏ FACİƏSİ: arvadını ov tüfəngi ilə öldürdü, sonra... - VİDEO
-
Magazin202:22
Əməkdar artisti döydülər - Polis hərəkətə keçdi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: bu xəbər güclü emosional rezonans yaradacaq
-
İdman23 May 23:36
Uşağa təcavüz edən məşhur idman jurnalisti SAXLANILDI
-
Region23 May 23:12
Türkiyədən gecə saatlarında dəhşətli xəbər: ölənlər və yaralananlar var
-
Region23 May 23:00
Rəisinin nəşi göyərtədə: elə görüntü yayıldı ki… - ŞOK VİDEO
-
ABŞ23 May 22:24
102 yaşlı qadın uzunömürlülüyün SİRRİNİ AÇDI - Həftədə üç gün...