Nida.az
Ermənistan buna görə təxribatlar törədir - Politoloq
“Ermənistan tərəfi məğlubiyyətləri ilə barışmayaraq Azərbaycanın yaratdığı reallığı dəyişmək istəyir. Ancaq onlar başa düşmürlər ki, bizim tərəfimizdən regionda yaradılan yeni reallıq dəyişilməz olaraq qalacaq”.
Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq qeyd edib ki, Ermənistan tərəfi öz əməllərinə diqqət yetirməlidir: “Çox güman ki, Qazaxıstanda baş verən hadisələr erməniləri ruhlandırır. Ancaq onlar belə insidentlər törətməyə davam edərsə, bunun axırı heç də yaxşı olmayacaq. Sərhəddə baş vermiş bəzi təxribatlar itkisiz sonlanmır. Əgər bizim 1 əsgərimiz şəhid olarsa, onlar 5 əsgərlərini itirəcəklər. Azərbaycan istənilən təxribatın qarşısını alır və qarşısında olan düşmənin necə çirkin addımlar atacağını bilir”.
T.Abbasov vurğulayıb ki, Ermənistan sülh, yaxud müharibə istədiyini açıqlamalıdır: “Təhdidlər düşmən tərəfin ərazisindən gəlirsə, o zaman özünü müdafiə edən tərəf həmin əraziyə girib təhlükə mənbəyini məhv edə bilər. Normallaşma proseslərinin getdiyi bir zamanda ermənilərin bu cür addım atması əlaqələr üçün problem yaradacaq. Türkiyə tərəfi istənilən qərarı Azərbaycanla razılaşdıracaqlarını Ermənistana birmənalı olaraq çatdırıb. Azərbaycanın xəbəri olmadan Türkiyə Ermənistanla münasibətlərində heç vaxt köklü bir dəyişikliyə getməz. Ermənilərin əsas problemi qətiyyətli bir mövqe sərgiləyə bilməmələridir. Sərhəddə qarşıdurmaların davam etməsi Ermənistana sərf etmir. Çünki müharibə göstərdi ki, onların potensialı nə dərəcədədir. Azərbaycan Silahlı Qüvvələri istədiyi zaman Ermənistan ordusunu məhv edə bilər”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
