Nida.az
Putin Kamran Əliyevi qəbul etdi
Yanvarın 12-də Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Rusiya Prokurorluğunun yaranmasının 300 illiyinə həsr olunan tədbirlərdə iştirakı ilə əlaqədar Moskvada səfəri davam edir.
Bu barədə Publika.az-a Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyətlərinin rəhbərləri Rusiyanın Prezidenti Vladimir Putin tərəfindən qəbul edilib. Daha sonra Baş Prokurorluqda Rusiyanın rəsmi şəxslərinin iştirakı ilə təntənəli yubiley tədbiri keçirilib.
Səfər çərçivəsində Kamran Əliyev rusiyalı həmkarı İqor Krasnov, türkiyəli həmkarı Bekir Şahin, Pakistanın Baş prokuroru Rəhman Aamir, tacikistanlı həmkarı Yusuf Raxmon, Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşev, Qırğızıstanın Baş prokuroru Kurmankul Zuluşev, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Çeol Kyu Hvan, Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratının rəhbəri Xristos Cakumopulos və digər ölkələrin baş prokurorları, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirərək mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.
Tədbir çərçivəsində, həmçinin, Türkdilli dövlətlərin Baş prokurorları arasında görüş keçirilib, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tədbirlərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.
xxx
Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prokurorluğunun yaranmasının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirak məqsədilə Moskva şəhərinə səfər edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Səfərin nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...































.jpg)
.jpg)

