Nida.az
ABŞ-İran danışıqlarında kritik nöqtə
“Hazırda ABŞ-İran danışıqları haqqında birmənalı şəkildə fikir yürütmək çətindir. Çünki həm ABŞ, həm də İran tərəfindən verilən açıqlamalar müəyyən mənada bir-birinə ziddiyyət təşkil edir. Məsələn, ABŞ həm bu danışıqların gedişatından, həm də prosesin uzanmasından narazılığını bildirir”.
Bu fikirləri Publika.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib.
Onun sözlərinə görə, təqribən bir neçə həftə bundan əvvəl ABŞ-ın bir sıra rəsmilərinin, müxtəlif siyasətçilərinin İranla bağlı açıqlamaları olub: “Onlar bildirdilər ki, İranla əlaqədar qəti qərarlar verməyin vaxtı gəlib çatıb. Bütün bu açıqlamalardan hiss olunur ki, ABŞ bu danışıqların gedişatından razı deyil. Bununla da Amerika İran tərəfindən danışıqların imitasiyasının aparılmasına eyham vurmağa çalışır. İran isə əksinə, maksimum dərəcədə bu danışıqları daha müsbət, hətta nəticəyə yönəlik formada göstərməyə cəhd edir”.
src="/storage/files/upload/86d2df7760297f205f374e7dae28d3afa778bf58.jpg" style="width: 595px; height: 350.445px;" class="fr-fic fr-dib">
V.Zifəroğlu vurğulayıb ki, İranın danışıqları bu cür göstərməyə çalışmasının öz səbəbləri var:
“Birinci səbəb əsasən daxili auditoriyaya hesablanıb. İkinci səbəb isə daha çox Avropaya yönəlmiş mesajlardır. Çünki İran Amerikanın təsirini minimuma endirməklə Avropa ilə əlaqələrini qurmağa çalışır. Təbii ki, məsələnin digər tərəfi də Avropa ölkələrinin bu məsələ ilə bağlı nə fikirləşdiyi ilə bağlıdır. Keçən həftə və ondan əvvəlki günlərdə Böyük Britaniya, Fransa, Almaniya tərəfindən verilən açıqlamalara diqqət etsək, görəcəyik ki, Avropa da bu danışıqlar məsələsinə çox həssas yanaşır və onlar da bu danışıqlardan razı deyil. Ümumilikdə, Qərb hazırda Vyana razılaşmasının bərpa edilməsi istiqamətində gedən danışıqlardan razı görünmür. Bu isə onu deməyə əsas verir ki, əslində tərəflərin bir-birinə güzəştə getməli olduğu nöqtələrdə hələ kompromis variant tapılmayıb. Bu səbəbdən də biz bu danışıqların hələ bir müddət də davam edəcəyini və hətta uzanacağını proqnozlaşdıra bilərik”.
Aysel Məmmədova
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





