Nida.az
Yaylar dartıldı: Bakı və Ankara kimin yanında yer alacaq? - ŞƏRH
Publika.az-a müsahibəsində Ukrayna-Rusiya münasibətlərindən danışan politoloq Fikrət Sadıqov bildirib ki, vəziyyət hələ kritik məqama gəlib çatmayıb.
Müsahibəni təqdim edirik.
- Fikrət müəllim, Ukrayna ilə Rusiya arasındakı passiv münaqişə aktiv fazaya keçə bilərmi?
- Ukrayna-Rusiya arasında olan gərginlik bundan sonra da davam edəcək. Çünki vəziyyət olduqca mürəkkəbdir. Burada həm NATO ölkələri qarşıdurmada iştirak edir, həm də Rusiya və Belarus Ukrayna sərhədində təlimlər keçirir. Vəziyyət daha da gərginləşdikdən sonra hər iki tərəf anlayacaq ki, müəyyən kompromislərə getmək lazımdır. Çünki münaqişə tərəflərindən biri nüvə silahına sahibdir. Digər tərəfdən, Ukraynaya dəstək verən NATO ölkələrində də bu silahlar var və bu həm münaqişə tərəfləri üçün, həm də region üçün böyük təhlükə mənbəyidir. Ancaq gələcəkdə tərəflər arasında müəyyən güzəştlərin olacağı istisna deyil. Artıq ABŞ-ın dövlət katibi Ukraynaya səfər edir və bu o deməkdir ki, diplomatik sferada hər hansısa axtarış gedir. Belə olduğu halda gələcəkdə bu mövzuyla bağlı nəticələr əldə olunacaq. Amma münaqişənin nə vaxt və nə formada həll olunacağı heç kəsə bəlli deyil.
src="/storage/files/upload/c978df9021a69db2ce0932e7aec3fdf2e22499b0.jpg" style="width: 566px; height: 377.333px;" class="fr-fic fr-dib">
- Son zamanlar Qərb dövlətlərinin Ukraynaya hərbi dəstək verməsinin əsas səbəbi nədir?
- Həmin ölkələrin Ukraynaya dəstək verməsi müharibədən xəbər vermir. Qərb dövlətlərinin rəsmi bəyanatlarına görə, oraya göndərilən əsgərlər diplomatları qorumaq üçün Ukraynaya gəliblər. Çünki hər hansısa bir dövlətin Ukraynaya xüsusi bir dəstə göndərməsi Rusiyanın qüvvələrinə təsir göstərə bilməz. Bu cür hərəkətlər özlüyündə simvolik addımdır. Ancaq Qərb dövlətləri belə addım atmaqla Rusiyaya bir mesaj verir. Yəni bu o deməkdir ki, Ukraynaya daha çox hərbi dəstək verə bilərik. Vəziyyət elə bir yerə gəlib çatıb ki, ölkələr artıq əzələ nümayiş etdirir.
- Ukrayna ilə Qərb dövlətləri arasında Rusiyaya qarşı koalisiya formalaşdırılması nə qədər realdır?
- Ukrayna NATO üzvü olmadığı üçün Rusiyaya qarşı hər hansısa koalisiyanın yaranması real deyil. Amma ABŞ və Qərb dövlətləri Ukraynaya dəstək verir və müdafiə edir. Bu özü-özlüyündə böyük bir dəstəkdir. Yəni Ukraynanın hər hansısa bir hərbi bloka daxil olmağına ehtiyac yoxdur. NATO və ABŞ Ukraynanı dəstəkləməklə Rusiyaya hədə-qorxu gəlir. Onlar bəyan edirlər ki, Rusiyaya yeni sanksiyalar tətbiq edilə bilər. Bu şəraitdə Ukrayna özünü daha rahat hiss edir. Müharibə olmasa belə, qarşıdurma hələ davam edəcək.
- Əgər Ukrayna və Rusiya arasında münaqişə aktiv fazaya keçərsə, Azərbaycan və Türkiyənin belə bir durumda mövqeyi necə olacaq?
- Hər iki ölkə birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü tanıyır. Dövlət rəsmiləri də bunu hər platformada qeyd edib. Ancaq Azərbaycan müharibə tərəfdarı olmadığını hər zaman söyləyib. Rusiyayla Ukrayna arasında da müharibə olması real deyil. Biz belə bir şəraitdə çalışacağıq ki, iki ölkə arasında vasitəçilik rolunu oynayaq. Azərbaycanın həm Ukrayna, həm də Rusiya ilə normal strateji partnyorluq əlaqələri var. Biz bu əlaqələri kifayət qədər yüksək qiymətləndiririk.
Prezident İlham Əliyevin diplomatik cəhətdən kifayət qədər təcrübəsi var. İlham Əliyev iki ölkə tərəfindən müsbət şəkildə qəbul olunan bir siyasətçidir. Prezident bir sıra proseslərdə və 44 günlük müharibə zamanı öz diplomatik məharətini bu sahədə nümayiş etdirib. Rusiya ilə Ukrayna arasında olan münaqişədə Azərbaycan vasitəçilik rolunu çox məharətlə yerinə yetirə bilər. Çünki bizim bunu etməyə əsasımız var. Həmin ölkələrlə münasibətlərimiz də göstərir ki, biz buna nail ola bilərik. Çünki həm Ukraynanın, həm də Rusiyanın Azərbaycanla münasibətləri kifayət qədər inkişaf edib və bu da bizə əsas verir ki, Azərbaycan həmin dövlətlər arasında vasitəçi rolunu oynasın.
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?
-
Kriminal02:43
19 yaşlı oğlan eşq yaşadığı iki qadını öldürüb intihar etdi - FOTOLAR
-
Magazin101:57
Mustafa Sandalın Bakıda çıxış etdiyi dəbdəbəli toydan GÖRÜNTÜLƏR
-
Qoroskop00:35
Günün qoroskopu: bu arzu sizi hərəkətə keçirəcək
-
Hadisə4 Oktyabr 21:45
Bakıda villa YANDI - VİDEO/YENİLƏNDİ
-
Hadisə4 Oktyabr 21:39
Azərbaycanda müəllim intihar etdi - FOTO
-
Dünya4 Oktyabr 21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya4 Oktyabr 19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü