Nida.az
Post-münaqişə dövrü ilə bağlı təhqiqat xarakterli məqalələlər çox azdır – Fərid Şəfiyev
Əsas məqsəd media məkanında çalışan və bilavasitə beynəlxalq məsələlərə məşğul olan jurnalistlərin peşəkar səviyyəsinin artırılması, müzakirələrin aparılmasıdır. Media məkanında müəyyən problemlərin olduğunu müşahidə edirik.
Publika.az">Publika.az xəbər verir ki, bunu“Müharibədən sonrakı reallıqlar və media” mövzusunda jurnalitlər üçün üçgünlük təlimdə açılış nitqi ilə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
Fərid Şəfiyev bildirib ki, ölkəmizdə bir çox sahələrdə islahatlar aparılır. Bu islahatlar media məkanını da əhatə edir: “Bizim bir sıra planlarımız var idi. Lakin pandemiya başladı və planlarımız yarımçıq qaldı. Artıq vəziyət yaxşılaşmağa doğru gedir və belə bir tədbirləri keçirmək imkanı var”.
Fərid Şəfiyev deyib ki, xüsusilə söhbət münaqişə və post-münaqişə dövründən gedir: “Mənim xarici diplomatlarla təmaslarım göstərir ki, bizim media məkanında bir sıra fundamental problemlər mövcuddur. Halbuki münaqişə başlayanda – 1988-ci ildə bizim bəzi jurnalistlərin yazılarıi – indi də təqdirəlayiq olan jurnalistlər var – o vaxt Baltikyanı ölkələrdə, Ukraynada, elə Moskvanı özündə dərc olunurdu. Ancaq sonrakı dövrdə problemlər əmələ gəldi. İndi qəzetləri oxuyanda ancaq qısa məlumatlara rast gəlirik. Mənə xarici diplomatlar dedilər ki, biz istərdik Brüssel görüşü baradə Azərbaycan jurnalistlərinin yazılarını oxuyaq. Biləsiniz ki, xarici ekspertlər Azərbaycan dilində dərc olunan məqalələri çox diqqətlə oxuyurlar, hərdən istinad da edirlər. Məsələn, post-münaqişə dövrü ilə bağlı təhqiqat xarakterli məqalələlər çox azdır. Minalanmış, azad edilmiş ərazilərlə bağlı materiallar çox azdır. Həmçinin, təhlil xarakterli materiallar da azdır”.
Fərid Şəfiyev onu da bildiib ki, bundan əlavə mediada şəxsi hekayələr də azdır: “Ermənilər hər zaman deyirdilər ki, azərbaycanlı əhali Ermənistandan könüllü şəkildə çıxıb. Bununla bağlı məqalələr yazırdılar. İndi isə bizim jurnalistlər həmin işi görə bilərlər. Həmin şəxslərdən müsahibələr götürülə, həyat hekayələri işıqlandırıla bilər. Ona görə də biz bu gün yığışmışıq ki, sizinlə bu məsələləri müzakirə edək".
-
Magazin100:15İslamın menecerindən çağırış: "Kimsə bu oğlanı özünə gətirməlidir, çünki…"
-
Magazin100:00Dilarənin ən böyük arzusu: "Onlara baxanda ağlamaq istəyirəm"
-
Nida Xəbər 21 İyul 23:12“Dost Almaniya xalqına...” - İlham Əliyev xatirə kitabına bunları yazdı
-
Sağlamlıq21 İyul 22:24Hansı isti içkilər ömrü uzadır? - Maraqlı araşdırma
-
İdman21 İyul 22:00“Sabah” doğma meydanda qələbə qazandı - YENİLƏNDİ
-
ABŞ21 İyul 21:486000-dən çox insan "partlayıcı" ishala yoluxdu
-
İKT21 İyul 21:36"Telegram" kriptovalyuta cüzdanını təqdim edəcək
-
Magazin121 İyul 21:24Günel Bakıda villa tikdirir - FOTO








.jpg)







.png)




















