Nida.az
Ərdoğdunun bəyanatları təəssüf doğurur - Politoloq
“Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Aykut Ərdoğdunun Azərbaycan və Türkiyə arasında enerji sahəsində əlaqələrlə bağlı, habelə iki ölkənin dövlət başçısına qarşı irəli sürdüyü fikirləri tamamilə əsassızdır. Hər kəsə aydındır ki, iki ölkə arasında bütün sferalarda şəffaf münasibətlər qurulub. Enerji layihələri isə iki ölkənin qardaşlıq münasibətlərinin strateji sərmayələrlə dəstəklənməsidir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
Politoloqun sözlərinə görə, 2008-ci ilin mayında Türkiyənin ən dəyərli şirkətlərindən biri olan “Petkim”in satın alınması, sonra isə Petkim yarımadasındakı neft emalı zavodu, enerji, neft-kimya və liman investisiyaları Azərbaycanı Türkiyənin ən böyük xarici sərmayəçisi edib: “TANAP kimi meqalayihənin qısa müddətdə inşasına başlanılması tarixdə görülməmiş bir uğurdur. Bu uğurun əsl memarları isə cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğandır. Onların rəhbərliyi ilə bu gün Avropanın enerji təhlükəsizliyində yeni dövr başlayıb.
Cənub Qaz Dəhlizi kimi layihənin TANAP və TAP vasitəsilə reallaşması bölgədə enerji diversifikasiyasında iki ölkənin rolunun bariz nümunəsidir. Türkiyənin müxalifət partiyası təmsilçisinin qardaşlıq əlaqələrinə heç bir təsir göstərə bilməyəcək bəyanatları sadəcə təəssüf doğurur. Düşünürəm ki, bu cür münasibətlər hakimiyyət uğrunda təbliğat obyektinə çevrilməməlidir. Bunlar hakimiyyətdən ziyadə dövlətçilik məsələsidir və dövlətçiliyi qorumaq siyasi mövqeyindən aslı olmayaraq hər kəsin borcudur”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular










.jpg)























.jpg)

.jpg)
