Nida.az
Paris İrəvana xəbərdarlıq edib ki, bunu gündəmə gətirməsin - Politoloq
“Aydındır ki, Azərbaycan, Fransa, Avropa İttifaqı Şurasının prezidentləri və Ermənistanın baş nazirinin videoformatda görüşü Fransanın dövlət başçısının təşəbbüsü ilə təşkil edilib. Görüş zamnı müzakirə olunan mövzular da bunu bir daha təsdiqləyir. Fransa son illərdə, xüsusən də 44 günlük müharibədən sonra regionda aktivləşməyə başlayıb. Böyük Britaniyanın "Brexit" qərarından sonra Fransa Avropa İttifaqında lider funksiyasını yerinə yetirməkdədir. Daha doğrusu, rəsmi Paris buna çalışır. Fransa hazırda Avropa İttifaqının lider ölkəsi kimi çıxış edir. Ermənistanla Azərbaycanın 44 günlük müharibədən sonra yaxınlaşmasında Fransanın yaxından iştirakı da Parisin Aİ-dəki liderlik funksiyasından qaynaqlanır. Fransa 44 günlük müharibədə ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, açıq şəkildə Ermənistanın tərəfini tutdu. Bu gün Ermənistan müharibəni uduzdu və Azərbaycan qalib tərəfdir. Fransa artıq öz yanlış qərarının acı nəticələrini hiss etməkdədir. Çünki bu gün qalib tərəfin sözü keçir və qalib ölkənin reallıqları fonunda proseslər cərəyan edir. Bu baxımdan,Fransa prezidenti Emmanuel Makronun son dövrlərdə tərəfləri bir araya gətirməsi, eləcə də Avropa İttifaqının rəhbəri Şarl Mişelin bu görüşlərdə iştirakı ondan xəbər verir ki, Fransa Aİ-nin mahiyyətini, eyni zamanda, özünün burada bir siyasi güc olduğunu göstərməyə çalışır. Budəfəki üçtərəfli görüşdə də ATƏT-in Minsk qrupuna istinad edilmədi. Çünki hazırda onun fəaliyyəti simvolik xarakter daşıyır”.
Bunu Publika.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
Politoloq bildirib ki, bu qurum 27 illik sülh danışıqları zamanı BMT-nin 4 qətnaməsi də daxil olmaqla, heç bir beynəlxalq norma və aktlardan irəli gələn tələbləri yerinə yetirmədi. Minsk qrupu tərəflər arasında sadəcə olaraq simvolik görüşlər keçirməklə məşğul idi:
src="/storage/files/upload/5ddfc8bbf08b596671a4ac138df21ebb5b94bc48.jpg" style="width: 629px; height: 450.783px;" class="fr-fic fr-dib">
“Həmin görüşlərdə də o zamankı "status-kvo"nun qorunmasını müşahidə edirdik. Bu mənada, ATƏT-in Minsk qrupun da köhnəlmiş və çürüməkdə olan bir formatdır. Həmin formatın bu gün işləməsinin də elə bir əhəmiyyəti yoxdur. Avropa başa düşür ki, Rusiya üçün də ATƏT-in Minsk qrupunun prosesə qayıtmasının elə bir əhəmiyyəti yoxdur. Onsuz da indiki mərhələdə Rusiya Türkiyə ilə birlikdə məsələyə daha çox moderatorluq edir. Bunu Qərb də çox yaxşı anlayır. Bu mənada, Rusiya və Türkiyə faktorunu nəzərə alanda Fransa geridə qalmaq istəmir. Ona görə də Paris özü proseslərə müdaxilə edərək tərəflər arasında uzlaşmanı təmin etmək və əvvəlki dövrlərlə müqayisədə daha konstruktiv mövqe sərgiləməyə çalışır. Hesab edirəm ki, Fransanın bu tip davranışlarını müəyyən mənada müsbət qiymətləndirmək mümkündür. Amma nəzərə almaq lazımdır ki, Fransa ənənəvi Fransadır. Paris indiki halda ABŞ, Rusiya, Fransanın olacağı Minsk qrupu formatındansa, özünün olacağı Aİ formatına üstünlük verir. Yəni post-münaqişə dövründə proseslərin nizamlanmasında liderlik etdiyi Aİ-ni ön plana çəkir. Görüşdə "Dağlıq Qarabağ", "Qarabağ" ifadələri də işlədilmədi. Çünki artıq ölkə prezidentinin müvafiq sərəncamlarından sonra Azərbaycanda belə bir anlayış yoxdur. Ümumiyyətlə, Azərbaycan Qarabağla bağlı "status" və buna bənzər təkliflər haqqında düşünmür. Ölkə başçısı da dəfələrlə bunu qeyd edib. Paris "Dağlıq Qarabağ" anlayışını dilə gətirməklə Azərbaycanı qıcıqlandırmaq istəmir. Ehtimal olunur ki, rəsmi Paris bu məsələdə İrəvana da xəbərdarlıq edib ki, üçtərəfli görüşlərdə bu məsələni gündəmə gətirməsin. Qərb Azərbaycan və Ermənistanı danışıqlar masasında saxlamaq üçün görünür, bu kimi təhlükəli fikirlərdən yayınmağa çalışır. Əgər Fransa post-münaqişə dövründə tərəfləri uzlaşdıra bilsə, bu, Paris üçün böyük prestij olacaq. Çünki Rusiyanın, ABŞ-ın bacarmadığını Fransa bacarmağa cəhd göstərmək istəyir. Bu baxımdan, tərəflərin atacağı addımlar da yaxın müddət ərzində görünəcək”.
Tural Turan
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO