Nida.az
Ərdoğdunun fikirləri rəsmi Ankaranın strateji kursunu dəyişə bilməz - RƏY
Azərbaycan-Türkiyə yaxınlaşmasının tərəfdarı olduqca çoxdur. Çünki bu, hər iki ölkənin maraqlarına tam cavab verən bir yaxınlaşmadır. Şuşa Bəyannaməsi bunun əyani sübutudur. Çünki biz artıq regionda vahid gücə çevrilmişik. Azərbaycan dünya siyasətində bir mövqedən çıxış edir, bir sıra məsələlərlə bağlı vahid mövqeyimiz açıq şəkildə səsləndirilir. Bu, müəyyən qüvvələri qıcıqlandırmaya bilməz. Belə bir vaxtda əsası olmayan fikirlər Türkiyədən gəldi. “Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Aykut Ərdoğdunun Azərbaycan və Türkiyə arasında enerji sahəsində əlaqələrlə bağlı, habelə iki ölkənin dövlət başçısına qarşı irəli sürdüyü fikirlərini tamamilə əsassız qiymətləndirirəm.
Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, Aykut Ərdoğdu kimiləri Azərbaycan-Türkiyə yaxınlaşmasını ya sona qədər dərk etmir, ya da bu cür əsassız fikirlərlə Türkiyə prezidentini hədəf seçərək onu zəiflətmək niyyətindədirlər: “Amma bu, alınmayan bir məsələdir. Çünki Rəcəb Tayyib Ərdoğan böyük bir ölkənin çox güclü dövlət başçısıdır və düşünülmüş addımlar atır. Enerji layihələri çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığı hər iki ölkə üçün effektli və müsbət nəticələr verən bir əməkdaşlıqdır. Çünki həm neft, həm də qaz kəmərləri Türkiyə ərazisindən keçir və ondan bəhrələnir. Bu isə qardaş ölkənin həm iqtisadi, həm də hərbi baxımdan daha da güclənməsini təmin edir.
Türkiyə beynəlxalq arenalarda öz sözünü deyir, müxtəlif təşəbbüslərlə irəlidədir. Buna görə də, Aykut Ərdoğdu kimilərinin fikirləri rəsmi Ankaranın əsas strateji kursunu dəyişə bilməz. Bütün bunlara baxmayaraq, Azərbaycan-Türkiyə yaxınlaşması bundan sonra da davam edəcək. İki ölkənin birgə həyata keçirdiyi iqtisadi enerji layihələri isə yüksək səviyyədə inkişaf edəcək”.
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?
-
Magazin110:06Dünən sünnət olunan ingilis Azərbaycanda evləndi - VİDEO
-
Hadisə09:13Zooparkda dəhşət: 3 yaşlı uşağı timsahların ağzına atdı
-
Yaxın Şərq08:24Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı






































