Nida.az
Putin onları öz tərəfinə çəkmək istəyir - Şərh
“Rusiya Prezidenti Vladimir Putinlə Fransa dövlət başçısı Emmanuel Makron arasında 2 saat gərgin müzakirə gedib. Çünki hər iki tərəfin mövqeləri fərqli idi. Bir sıra aktual məsələlərin müzakirəsi onu göstərdi ki, tərəflər arasında yaxınlaşma olmayıb”.
Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Politoloq qeyd edib ki, Moskva diplomatiyası Avropa dövlətlərinin bəzilərini öz tərəfinə çakməyə yönəlib: “Əgər bunu etmək mümkün deyilsə, Rusiya çalışır ki, Qərbin mövqeyini yumşaltsın. Bu ölkələrin sırasında Fransa və Macarıstan kimi ölkələr var. Rəsmi Moskva bu cür addımlar atmaqla NATO-nun da mövqeyini öyrənməyə çalışır. Vəziyyət gərgin olduğu üçün Rusiya tərəfi müəyyən manevrlər etməyə çalışır. Putin Çinə səfər edərək onları öz tərəfinə çəkmək istəyir”.
src="/storage/files/upload/7db09a653582362c4fe2c19a5c0bd9ceb16d2b43.jpg" style="width: 426px; height: 319.5px;" class="fr-fic fr-dib">
F.Sadıqov vurğulayıb ki, Fransa prezidenti həm öz dövlətinin, həm də NATO-nun mövqeyini Rusiyaya çatdırıb: “Krım yarımadasının ilhaqından sonra Qərb dövlətləri başa düşür ki, növbədə Donbas ərazisi də ola bilər. İki ölkə arasında danışıqlar mürəkkəb keçib və Rusiya bu müzakirədən özünə müəyyən dərs çıxarıb. NATO və Rusiya arasında Krım yarımadası ilə bağlı münaqişənin olacağı real görünmür. Xüsusilə ABŞ-ın həmin əraziyə hücum etməsi həqiqətəuyğun deyil. Qərbin əsas məqsədi Rusiyanın Donbasa müdaxilə etməsinin qarşısını almaqdır. Yəni, onlar istəyirlər ki, Ukraynaya qarşı hər hansısa bir hücum olmasın. Aparılan danışıqlar Ukraynanın ərazi bütövlüyünün pozulmaması ilə bağlıdır. Artıq bir sıra dövlətlər vasitəçilik etməyə hazır olduqlarını bildiriblər. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında olan gərginliyin sonlanması üçün müəyyən təkliflər irəli sürüb. Makronla Putin arasında keçən görüşün uzun olması da təsadüfi deyil”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
