Nida.az
Bu təşkilatlara müraciət olunacaq - Müşfiq Ələsgərli
"Bir sıra beynəlxalq təşkilatlar monipulyativ hərəkətlərlə məşğuldurlar və onlar guya insan, söz-ifadə azadlıqları ilə əlaqədar hesabat hazırlayan təşkilatlardır. Bu təşkilatlar bəzi ölkələri qaralamaqla, bəzi ölkələri isə haqlı olmadığı halda yüksəldərək demokratik dövlətlər kimi təqdim etməyə çalışırlar".
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, bu təşkilatların sırasında beynəlxalq QHT-lər də var və onların fəaliyyəti müəyyən mənada anlaşılandır: "Çünki bunlar QHT-lərdir və bir sıra məsələlərə subyektiv yanaşa bilərlər. Təəssüf ki, biz bu cür qeyri-məqbul, ikili standartlarla yanaşmanı bəzən dövlətlərarası təşkilatların da fəaliyyətində müşahidə edirik. Bu yaxınlarda məlum oldu ki, bəzi beynəlxalq dövlətlərarası təşkilatların əməkdaşları təşkilat səviyyəsində olmasa da, sosial şəbəkələrdə olan öz şəxsi hesablarında Azərbaycan dövlətinin rekvizitləri haqqında aşağılayıcı ifadələr işlədirlər. Düzdür, bu, sözügedən təşkilatların özünün mövqeyi və bəyanatı səviyyəsində deyil. Lakin istənilən halda dünya ictimaiyyətində çaşqınlıq yaradır. Çünki onlar konkret qurumların əməkdaşlarıdır və ona görə onların fikirləri təşkilatın fikirləri imiş kimi imic yarada bilir".
M.Ələsgərli vurğulayıb ki, bu baxımdan bizim QHT-lər təşəbbüs göstərdilər ki, həmin beynəlxalq təşkilatlara adbaad müraciət göndərsinlər və onların hansı əməkdaşlarının bu cür monipulyativ və pozucu əməllərlə məşğul olması barədə rəhbərliklərinə məlumat versinlər: "Konkret olaraq bugünkü müraciətimiz BMT rəhbərliyinə olacaq və bundan sonra da bu cür statuslu təşkilatlara müraciətlər olunacaq ki, onlar öz əməkdaşlarının məsuliyyətini müəyyən edib, onların açıqlamalarına aydınlıq gətirsinlər".
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





