Nida.az
Dünya Şuşanı daha yaxından tanıyacaq - Deputat
“Prezident İlham Əliyev yola saldığımız hər köhnə ilin son günündə xalqa təbrik ünvanlayır. Bu təbriklərin məzmununa diqqət edəndə böyük bir fəlsəfənin dayandığını görürük. Yəni, yola saldığımız ildə əldə olunan nailiyyətlərimizi geniş ictimaiyyətin diqqətinə çatdırır və növbəti ilin prioritetlərini elan edir. Belə ki, 2021-ci ilin sonunda da cənab Prezident 2022-ci ilin uğurlu olacağını qeyd edərək ilimizi Şuşaya həsr etdiyini açıqladı. Ölkə başçısının yeni ildə hansı sahəni prioritet elan edəcəyi hamını maraqlandırır. Çünki yola saldığımız illərdə prioritet elan olunan sahələrdə sıçrayışlı inkişaf baş verir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputatın sözlərinə görə, ölkə başçısının 2022-ni “Şuşa İli” elan etməsi xalqımızın ürəyindən oldu: “Çünki 28 il idi ki, xalqımız ifadə etdiyi bütün fikirlərini Şuşa ilə bağlayırdı və qeyd edirdik ki, bayrağımızı Şuşada dalğalandıran günü gözləyirik. 2022-nin “Şuşa İli” adlandırılması Şuşamızın bizə nə qədər əziz və doğma olduğunu göstərir. Bu gün “Şuşa İli”ndən danışarkən sözsüz ki, Ümummilli lider Heydər Əliyevin Şuşa haqqında söylədiyi müdrik kəlamları, onun istək və arzularını yada salmalıyıq. Ulu öndər dəfələrlə xatırladırdı ki, Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur. Ona görə də 2022-nin “Şuşa İli” adlandırılmasının bizim üçün müstəsna əhəmiyyəti var”.
A.Badamov vurğulayıb ki, Şuşanı işğaldan azad etdiyimiz qısa zaman kəsiyində burada çoxlu işlər görülüb: “Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirildi. Bu festivalda Şuşanın azad olunmasında iştirak edən Azərbaycanın bütün xalqlarının mədəniyyət nümunələri nümayiş etdirildi. Bu, həm də döyüş meydanında formalaşmış Dəmir yumruğun mədəniyyət meydanında davam etdirilməsi və möhkəmlənməsi demək idi. Vaqifin məqbərəsi bərpa edilərək Vaqif Poeziya Günləri keçirildi. Bülbülün, Natəvanın və Üzeyirin büstləri yerinə qaytarıdı. Bülbülün ev muzeyi təmir olundu. Şuşaya qoruq şəhər statusu verildi. Şuşanın Baş Planı hazırlandı. Amma cari ildə Şuşada görəcəyimiz işlər daha çox olacaq. Artıq Şuşa şəhərində 3 məscidin yenidən bərpasına başlanıb. Burada yerləşən mədəni-tarixi abidələrə yenidən həyat verilir, yeni yaşayış massivinin tikintisinə başlanıb. Şuşaya müntəzəm avtobus marşrutu açılıb, hər bir vətəndaşımızın ora getməyinə, ermənilərin törətdikləri vəhşilikləri görməyinə şərait yaradılıb. Bu il Şuşada beynəlxalq əhəmiyyətli mədəni-kütləvi tədbirlər təşkil olunacaq. O cümlədən, Şuşanın 270 illiyinə həsr olunmuş tədbirlər baş tutacaq və dünya ictimaiyyəti Şuşanı daha yaxından tanıyacaq. 2022-ci ilin “Şuşa İli” elan olunması nəinki Şuşaya, o cümlədən işğaldan azad olunmuş bütün ərazilərimizə canlanma gətirib. Həm də “Şuşa İli”ndə Böyük qayıdışımız baş tutacaq. Bu, həm də xalqımızın 30 illik arzularının reallaşacağı il olacaq”.
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş