Nida.az
UNESCO ikili standartlar tendensiyasına qoşulub - RƏY
“Hər kəsə aydındır ki, Azərbaycanın əldə etdiyi zəfər nəticəsində regionda yaranmış yeni reallıq bir çox siyasi dairələri narahat edir və onlar bununla barışa bilmirlər. Təəssüf ki, UNESCO da belə dairələr içərisində yer alır. Bu qurumun Azərbaycana qarşı ayrı-seçkiliyi danılmaz faktdır”.
Bunu Publika.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
src="/storage/files/upload/c8e6717e89b77df2b96785b39b7c7d6430e194e7.jpeg" style="width: 421px; height: 242.777px;" class="fr-fic fr-dib fr-fil">
Politoloqun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılıb, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli-mənəvi dəyərləri təhqir edilib: “Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin ixtisaslaşmış müəssisələrinin, başda UNESCO olmaqla, son 30 ildə faktaraşdırıcı missiyaları heç bir işə yaramadı, vandalizm siyasətinə qarşı heç bir mövqe ortaya qoyulmadı. Azərbaycan torpaqlarının erməni işğalı altında olduğu vaxtda maddi-mədəni irsin vandalcasına məhv edilməsi ilə bağlı dəfələrlə məsul təşkilatlara xəbərdarlıq edilsə də, “biz siyasətə qarışmırıq” cavabını aldıq. Halbuki, tarixi abidələr dünya mədəni irsinin ayrılmaz hissəsidir və onların qorunması hər birimizin borcu olduğu kimi, ona qarşı dağıdıcı fəaliyyətə etiraz da hər kəsin, xüsusən UNESCO kimi müvafiq sahədə ixtisaslaşmış qurumun borcu və öhdəliyidir”.
Z.Qarayeva vurğulayıb ki, Azərbaycan xalqının mədəni irsini məhv edən Ermənistana qarşı heç bir tədbir görməyən bu qurumun indi ermənilərin qondarma iddialarına belə operativ reaksiya verməsi bir daha göstərir ki, bu təşkilat ikili standartlar tendensiyasına qoşulub: “Halbuki, UNESCO hökumətlərarası bir təşkilatdır və öz fəaliyyətini mandatına uyğun olaraq obyektiv və qərəzsiz surətdə həyata keçirməlidir. Hökumətlərarası təşkilat hansısa dövlətin siyasi təsir alətinə çevrilməməlidir. Bu, onun imicinə, müstəqilliyinə çox böyük bir zərbədir. Həmin qurumlar birmənalı şəkildə anlamalıdır ki, mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və siyasi məqsədlər üçün istifadə olunmamalıdır”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular










.jpg)























.jpg)

.jpg)
