Nida.az
Rusiya hücum edərsə, bu, Türkiyənin Krımı tutması deməkdir - ŞƏRH
“Rusiya Müdafiə nazirliyi son iki gündür açıqlama verir ki, hərbi təlimlər bitdiyi üçün biz artıq Ukrayna ilə sərhəddən qoşunlarımızı yavaş-yavaş geri çəkirik. Proseslərin əvvəlində Rusiya bildirdi ki, bizim işğal planımız yoxdur. Lakin bu qədər böyükmiqyaslı təlimləri Ukrayna sərhəddində keçirir. Rusiyanın bu təlimləri keçirmək üçün kifayət qədər böyük əraziləri var”.
Bunu Publika.az-a açıqlamasında politoloq, “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri Samir Hümbətov deyib.src="/storage/files/upload/3541a745c8238b3fe677537cef637fe15a8bb49a.jpeg" style="width: 421px; height: 256.81px;" class="fr-fic fr-dib fr-fil">
Politoloqun sözlərinə görə, Rusiya özü də bilir ki, Ukrayna ilə müharibə edə bilməz: “Əgər bu müharibəyə başlasa, bu ölkəyə ikitərəfli zərbə olacaq. Birincisi, Rusiyaya böyük iqtisadi sanksiyalar tətbiq oluna, ikincisi, dünya birliyindən təcrid oluna bilər. Ona görə də Rusiya bu məsələdə geri addım atmağa başlayıb. Rusiya burada ABŞ və Qərbi Avropa dövlətlərinin iddia etdiyi kimi işğal planlaşdırmır, sadəcə olaraq gövdə göstərisi etməklə təminat almaq istəyir. Rusiyanın əsas hədəfi Şərqi Avropada yerləşdirilmiş raket sistemlərinin NATO tərəfindən geri çəkilməsi və Rusiya ilə danışıqların 1997-ci il müqaviləsinə qayıtmasıdır. NATO nə bu şərtlərə əməl etdi, nə də Ukrayna və Gürcüstanın ittifaqa qəbul edilməməsi ilə əlaqədar yazılı təminat verdi. Rusiyanın nüvə silahı olsa da yaxşı başa düşür ki, NATO ilə eyni hərbi gücdə deyil və hazırda Qərblə müharibə apara bilməz. Ukrayna böhranı həm Rusiyanın, həm də Qərbin bir-birinə gövdə göstərməsi kimi bir şeydir. Bu məsələdə heç bir dövlət geri addım atmaq istəmir. Rusiya da bilirdi ki, onun geri addım atması postsovet məkanında nüfuzunun aşağı düşməsinə gətirib çıxara bilər”.
S.Hümbətov vurğulayıb ki, məsələnin üçüncü tərəfi isə Türkiyədir: “Prezident Ərdoğan iki ölkə prezidentini dialoqa çağırıb və onlar da razılaşıblar. Dialoq olduğu təqdirdə Rusiyanın Ukraynaya hücumu ağılsız addımdır və fikrimcə, Putin buna getməyəcək. Türkiyə ilə Ukrayna arasında 16 oktyabr 2021-ci ildə 21 istiqamət üzrə hərbi müqavilə imzalanıb. Həmin müqavilənin şərtlərində göstərilir ki, Türkiyə və Ukrayna tərəflərindən hər hansı birinə hərbi hücum olarsa, iki ölkə bir-birinə kömək etməyə borcludur. Türkiyə bu gün Ukraynada çox aktiv şəkildə işləyir, türk hərbiçilər Ukrayna ordusuna təlimlər keçir. Bununla bağlı artıq dəfələrlə məlumat yayılıb. Türkiyə də bunu təkzib etməyib. Bu yaxınlarda bir rus general da açıqlamsında bildirib ki, Rusiya ağılsızlıq edib Ukraynaya hücuma keçərsə, bu Türkiyənin Krımı tutması deməkdir. Ona görə də Rusiya hərtərəfli məsələni ölçüb-biçib və təlimlərin bitməsi adı ilə qoşunlarını geri çəkir. Ukrayna böhranı hazırda davam etsə də, müharibə riski aşağıdır”.
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO




































