Azərbaycan 30 il səbr etməyəcək - RƏY
Bizi izləyin

Nida.az

Azərbaycan 30 il səbr etməyəcək - RƏY

“Ermənistan revanşizm mövqeyindən çıxış edərək Qarabağda təxribatlara əl atır. Hazırda separatçılar qondarma “konstitusiya islahatları”na başlayıb və qondarma “parlament və prezident seçkilərinə” hazırlaşır”.

Bunu Publika.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

src="/storage/files/upload/c13be07fb5045567b4bd68b1fc01a294dd9ee6ab.jpeg" style="width: 403px; height: 232.397px;" class="fr-fic fr-dib fr-fil">

Politoloqun sözlərinə görə, bir müddət öncə Tərtər rayonunun hələ də qanunsuz erməni silahlı dəstələrinin fəaliyyət göstərdiyi ərazisindəki ermənilər Suqovuşandan Kəlbəcərə gedən Azərbaycan mülki və hərbi maşın karvanlarının qarşısını kəsiblər: “Bütün bunlarda Ermənistan nə qədər günahkardırsa, bir o qədər də Rusiya günahkardır. Bölgədə sülhyaratma missiyasını öz üzərinə götürən Rusiya hərbçiləri niyə vəziyyətə susqun yanaşır və ya elə prosesin tərkib hissəsinə çevrilirlər? Bu proseslər onu göstərir ki, Ermənistan Azərbaycan ərazilərinə iddialıdır, onun suverenliyini qəbul etmək niyyətində deyil və dəstəyi də neytral mövqeli görünməyə çalışan Rusiyadan alır. İrəvan imza atdığı 10 noyabr bəyanatının öhdəliklərindən boyun qaçırmaq üçün təxribatlar törədir. Burada məqsəd həm də ondan ibarətdir ki, sərhəd anlayışı təmas anlayışı ilə əvəz olunsun”.

Z.Qarayeva vurğulayıb ki, təmas xətti formalaşdırmaqla Fransadan və ABŞ-dan hərbçiləri həmin əraziyə yerləşdirməklə Paşinyanın çoxdankı arzusunu həyata keçirməyə çalışırlar: “Bununla prosesi bir az da uzatmaq, Böyük qayıdışı ləngitmək, beləcə vaxt ötdükcə bəyanatın öhdəliklərini, xüsusən 4-cü bənddə ifadə olunan “Ermənistan silahlı birləşmələri Qarabağ ərazisini tərk etməlidir” müddəasının icrasını birdəfəlik boyunlarından atmağı hədəfləyirlər. Lakin bu cəhdlər çox davam etsə, Azərbaycan tərəfi ötəndəfəki kimi 30 il səbr etməyəcək. Öz suveren hüquqlarına əsaslanaraq Laçın dəhlizinin istifadəsinə qadağalar gətirəcək. Bütün bu saydıqlarım həm də Qarabağda müharibənin bitmədiyi görüntüsünü yaradır ki, bu görüntünün birmənalı şəkildə aradan qalxması üçün yaxında ratifikasiya olunaraq qüvvəyə minən Şuşa Bəyannaməsi yetərli mexanizm və hüquqi sənəddir. Hesab edirəm ki, sənədin qüvvəyə minməsi heç də təsadüfi vaxta təyin edilmədi. Burada beynəlxalq gərginliklərdən ziyadə, Laçın dəhlizinin nəzarətə götürülməsi və separatçıların qovulması başlıca hədəfdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm