Nida.az
Rusiya istəyinə çatmış kimi görünür - RƏY
“Rusiyanın Ukrayna ilə sərhəddə keçirdiyi hərbi təlimlərdə müharibə iddialarına səbəb olan gərginlik davam edir. Proseslərin gərginləşdiyi bir vaxtda isə Rusiya ABŞ-ın təhlükəsizlik müqaviləsi ilə bağlı məktubuna cavab göndərib”.
Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi Züriyə Qarayeva deyib.
src="/storage/files/upload/270d8d2e6bbc18073b3a8e45ebd45ee49d3f18e3.jpeg" style="width: 427px; height: 246.237px;" class="fr-fic fr-dib fr-fil">
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin dərc etdiyi 11 səhifəlik məktubda Ukraynanın NATO-ya daxil olması halında Rusiya ilə NATO-nun üz-üzə gələ biləcəyi bildirilib: “Ukrayna NATO-ya qəbul edilərsə, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə əsasən, ABŞ və müttəfiqlərinin Rusiya ilə birbaşa silahlı münaqişəyə cəlb edilmək kimi real təhlükəsi yaranır. Məktubda NATO-nun keçmiş sovet respublikaları hesabına genişlənmədən imtina etməsi, Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağını bəyan edən “Buxarest Formulası”ndan imtina olunması, Şimal Alyansının hərbi bazalarını 1997-ci ildə tərəflər arasında Qarşılıqlı Əlaqələr, Əməkdaşlıq və Təhlükəsizlik haqqında Əsas Akt imzalandığı vaxta geri qaytarması tələb edilir”.
Z.Qarayeva bildirib ki, ABŞ rəsmiləri bu təkliflərin birmənalı şəkildə qəbuledilməzliyini vurğulayır: “Məhz Fransa və Almaniya rəsmiləri ilə görüşdən sonra Putinin ABŞ-ın təhlükəsizlik tələblərinə cavab məktubu yazması həmin iki gücün əhatə olunduğu qütbün daha effektiv olduğunu göstərir. Makron və Şoltz əslində strateji xarakterli oyun aparır. Bu dövlətlər faktiki olaraq Aİ-ni Amerikanın siyasi, iqtisadi, ticari və hərbi təsirindən çıxarıb müstəqil gücə çevirməyə çalışır. Beləliklə, Qərbin öz daxilində geosiyasi liderlik uğrunda mübarizə yeni mərhələyə qədəm qoymuş olur. Bu mərhələnin başlıca özəlliyi Rusiyanın avropalılar tərəfindən fərqli yerə qoyulmasıdır. Bunun kimə faydalı olacağını yaxın gələcək göstərəcək. Lakin indiki vəziyyətdə Rusiya bir çox məsələdə istəyinə çatmış kimi görünür”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular










.jpg)























.jpg)

.jpg)
