Nida.az
Putin onları belə cəzalandırır - Politoloq
"Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalandı. Qərb dövlətlərinin ölkəmizdəki uzantılarının iddialarının əksinə, Bəyannamədə Azərbaycanı əsarətə, Rusiya vassallığına aparacaq nəinki bir bənd, tək bir ifadə belə yer almayıb".
Bunu Publika.az-a açıqlamasında "Qafqaz: əməkdaşlıq və inteqrasiya" klubunun sədri, politoloq Anar Əliyev deyib.
Onun sözlərinə görə, Bəyannamə Azərbaycan maraqlarının qorunmasına, sərhədlərimizin və ərazi bütövlüyümüzün toxunulmazlığına, dövlət suverenliyimizə kənar müdaxilələrin qarşısının alınmasına, siyasi, iqtisadi, diplomatik, ticari, mədəni əlaqələrin yüksəldilməsinə xidmət edir: "İlk oxunuşda sənəd demək olar ki, Azərbaycan maraqlarının qorunmasına xidmət edən və bu xidməti rəsmiləşdirən akt təəssüratı yaradır. Azərbaycan maraqlarının təmini baxımından Moskva Bəyannaməsini Şuşa Bəyannaməsinin davamı adlandıra bilərəm. Hesab edirəm, praqmatik siyasətçi olan Putin və dövləti bu Bəyannamədən böyük çıxarlar əldə edəcək:
1. Post-sovet respublikalarının Rusiyanın yanında yer aldığını, müttəfiq olduqlarını dünyaya nümayiş etdirir.
2. Qonşu dövlətlərə, xüsusilə keçmiş sovet respublikalarına "özünüzü adekvat aparsanız, Qərb dairələrinin oyununda alət olmasanız sizi də Azərbaycana göstərdiyimiz münasibət və belə bir perspektiv gözləyir" mesajını çatdırır.
3. Qərbmeyilli cəmiyyətlərə 2 real seçim nümayiş etdirir:
- qonşusu ilə mehriban və səmimi davranan Azərbaycan və ona göstərilən münasibət (2020-ci il Vətən müharibəsi və torpaqların işğaldan azad olunmasına sərgilənən yanaşma);
- ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı oyununda yer alan Gürcüstan, Ukrayna və onlara göstərilən münasibət.
Bir sözlə, mənimlə yanyana olan qazanır (Azərbaycan), qarşımda olan, rəqiblərimin oyununa gələn cəzalandırılır (Gürcüstan, Ukrayna, Ermənistan)".
Politoloq vurğulayıb ki, siyasət həm də dəyərlər və maraqlar balansının qorunması bacarığıdır: "Balansı qoruya bilməyəndə bunlardan birini itirmək zorunda qalırsan. 90-cı illərdə, yaxın keçmişimizdə səriştəsiz liderin dəyər və maraqlar sistemini anlamamasının ağır nəticələrini dövlət və xalq olaraq ödəməli olduq. Təəssüf ki, bizim müstəqilliyin ilk illərində buraxdığımız səhvləri 2008-ci ildə qonşu Gürcüstan, 2014 və 2022-ci illərdə dost Ukrayna dövləti təkrar etdi. Nəticə göz qabağındadır".
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sada yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi










.jpg)

























.jpg)


