Nida.az
Səfir: "İmkan olan kimi Ukraynadakı Azərbaycan vətəndaşları təxliyə ediləcək"
“Hazırda Azərbaycanın Ukraynadfakı səfirliyi tam heyətlə iş başındadır. Şəxsən özüm də iş yerindəyəm.”
Publika.az xəbər verir ki, bunu “Report”un Şəri Avropa bürosuna açıqlamasında Azərbaycanın Ukraynada səfiri Elmira Axundova bildirib.
Səfir deyib ki, vəziyyət tam nəzarət altındadır: “Azərbqaycanın konsulluğu tam gücü ilə işləyir, Azərbaycana getmək istəyən vətəndaşlar müraciət edə bilərlər. Pasportunun vaxtı keçmiş və ya pasportu ilə bağlı digər problemi olanlar da müraciət edə bilərlər. Hazırda Ukraynadakı azərbaycanlılar üçün ən təhlükəsiz şərait öz qaldığı evdən çıxmamaqdır. Çünki bütün yollar bağlanılıb, ölkədən çıxış mümkün deyil. Ölkədə vəziyyət təhlükəlidir. Bizim özümüzün də, yəni diplomatların təxliyəsi hələlik həyata keçirilmir. Əgər təxliyə mümkün olarsa, 3-4 diplomat qalıb işləyəcək, qalan diplomatların ailələri hansı ki, onlar, təqribən, 40 nəfərdir, Ukraynadan çıxarılması yollarını arayırıq. Eyni zamanda, hazırda Azərbaycandan Xarkovda kurs keçən 17 fövqəlada hallar əməkdaşı ilə yanaşı, Ukraynadakı Azərbaycan vətəndaşlarının da təxliyəsini mümkün olan kimi edəcəyik. Amma hələlik bu barədə düşünürük. Çünki hələ məlum deyil, onları hansı yolla ölkədən çıxara bilərik”.
src="/storage/files/upload/94fbd332-2c1e-3cfc-a17c-6a47cd11b450.jpg" alt="" class="fr-fic fr-dii">
E.Axundova səfirliyin 00380735050000 nömrəli qaynar xəttinin işlədiyini xatırladaraq ölkədəki Azərbaycan vətəndaşlarına istənilən aidiyyəti məlumat ilə bağlı müraciət edəcəyini söyləyib.
Səfir eyni zamanda, vətəndaşlara Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün səhər yaydığı müraciətlə tanış olmağa çağırıb.
Qeyd edək ki, bu gün səhər saatlarından Kiyev də daxil olmaqla Ukraynanın Xarkov, Mariopol, Odessa, İvano-Frankovsk vilayətlərində silsilə partlayışlar baş verir. Donbasda isə şiddətli döyüşlər gedir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular










.jpg)























.jpg)

.jpg)
