Nida.az
Rusiya bu ölkələrə nəzarət etmək istəyir- Politoloq açıqladı
“Müharibə başlayandan sonra hər kəs gördü ki, Rusiya Ukraynanın şəhərlərini asanlıqla ələ keçirə bilmir. Çünki Rusiya adı çəkilən ölkənin iri şəhərlərinə nəzarət etməkdə çətinlik çəkir”
Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Politoloq qeyd edib ki, bu proses davam edərsə, rus ordusu Kiyevi ələ keçirə bilər: “ Rusiyanın bu cür hücum etməsi qarşısında yenə də ukraynalılar öz torpaqları uğrunda mübarizə aparırlar. Ancaq bu müqavimət nə qədər güclü olsa da, rus ordusu geri çəkilməyəcək. Rusiya hərbi texnika olaraq çox güclüdür, ancaq Ukraynaya da Qərb dövlətləri silah verməyə davam edir”.
F.Sadıqov vurğulayıb ki, NATO Ukraynaya dəstək verdiyini nə qədər dildə ifadə etsə də,oraya əsgər göndərməyəcəklərini əvvəldən bəyan ediblər: “ABŞ rəsmi olaraq bir daha söylədi ki, NATO əsgərləri Rusiyaya qarşı vuruşmayacaq. Rusiyanın isə bu cür aqressiv olmasının əsas səbəbi, Ukraynanın NATO-ya qoşulmasının qarşısını almaqdır. Rusiya rəsmləri guya ukraynalıların Donbas, Luqansk və digər ərazilərdə yaşayan ruslara təzyiq etdiklərini söyləyib, oraya müdaxilə etməklərini bu cür əsaslandırırlar. Əslində isə ruslar NATO əsglərlərinin sərhədlərində olmasından çəkindiyi üçün bu cür addımlar atır. Yəni Rusiya sərhəd olduğu ölkələrin NATO-ya qoşulmasını istəmir. Reallıq budur ki, Rusiya post Sovet ölkələrini nəzarəti altına almaq istəyir. Həmin ölkələrində Qərb tönlü siyasətinə qarşı çox sərt addımlar atır. Ukraynaya hücum etməsi də dediklərimizin canlı nümunəsidir”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
