Nida.az
Bu qüvvələr atəşkəsin pozulmasında maraqlıdır - Politoloq
Son günlər Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin təxribatları davam edir. Bir çox ekspertlər burada Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovu günahlandırırlar.
Bəs, təxribatların qarşısının alınmaması, separatçı ermənilərin yanında sülhməramlıların yer alması nədən xəbər verir?
Mövzu ilə bağlı Publika.az-a danışan politoloq Fikrət Sadıqov bildirib ki, proseslər sülhməramlıların yeni komandanının erməniləri dəstəklədiyini göstərir: “Görünür, Volkov hesab edir ki, ona görə ora təyin olunub ki, orada ermənilərin maraqlarını müdafiə etsin. Bir sıra məqamlar onun tərəfindən sadəcə olaraq təhrif şəklində başa düşülür. Ancaq Azərbaycan tərəfindən kimsə ona reallığı başa salmalıdır. Amma ermənilər də azğınlaşır. Onların bizə mütəmadi şəkildə atəş açmasının da bir çox səbəbləri var. Ermənistanda bir sıra qüvvələr sülh müqaviləsinin bağlanmasının əleyhinədirlər və bunu açıq şəkildə bəyan edirlər. Hesab edirlər ki, bu, Paşinyanın və ümumiyyətlə isə Ermənistanın tam məğlubiyyəti ola bilər”.
F.Sadıqov qeyd edib ki, Ermənistanda müəyyən qüvvələr atəşkəsin pozulmasında və bizə qarşı sərt mövqe tutulmasında maraqlıdırlar: “Eyni zamanda, hökumətdə də belə qüvvələr var. Ermənistan hökuməti ikili yanaşmalar nümayiş etdirir. Bir tərəfdən bəyan edir ki, sülh müqaviləsinə imza atmağa hazırdır. Ancaq digər tərəfdən görünür, hərbi istiqamətdə daha sərt mövqe nümayiş etdirir və özünü orada güclü oyunçu kimi göstərir. Lakin bütün bunlar Ermənistan tərəfindən əsassız və boş amillərdir. Biz nəinki özümüzü müdafiə etməyə və mövqeyimizi gücləndirməyə hazırıq, hətta müəyyən məqamlarda onlar əgər tam şəkildə başlarını itirsələr, onlara sərt zərbələr də endirə bilərik”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
