Nida.az
Azərbaycan xarici investorlar üçün maraqlı ölkədir - Deputat
“Azərbaycan ancaq neft-qaz istehsal və ixrac edən ölkə deyil. Biz coğrafiyamızın və iqlimimizin verdiyi bütün imkanlardan səmərəli istifadə edirik. Bu gün Azərbaycan həm də elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. Artıq qonşu 4 ölkəyə elektrik enerjisi ixrac edirik”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti son illərdə elektrik enerjisi sahəsində də Azərbaycana böyük uğurlar qazandırıb: “20-25 il əvvəl Azərbaycanın özünün elektrik enerjisinə ehtiyacı vardı. Ölkədə elektrik enerjisi fasilələrlə verilirdi və müəyyən qədər də qonşu ölkələrdən idxal edirdik. Amma son 18 ildə 35-dən çox yeni elektrik stansiyasının tikilib istifadəyə verilməsi Azərbaycanı elektrik enerjisi ixracatçısına çevirdi. Ölkəmizin elektrik enerji istehsal etmək imkanları genişdir. Təkcə işğaldan azad olunmuş ərazilərimizdə 20 meqavat gücündə 4 su elektrik stansiyası istismara verilib, cari ildə 27 meqavat gücündə daha 5 su elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulub. Ancaq Laçın və Kəlbəcər rayonlarında 30-dan çox yeni su elektrik stansiyasının tikintisi planlaşdırılıb. O cümlədən, işğaldan azad edilmiş ərazilərimizin 10 min meqavata yaxın külək və günəş enerjisi istehsal potensialı mövcuddur. Bununla yanaşı, Azərbaycanın dəniz üzərində və digər ərazilərində də bərpa olunan enerji sahələrinin yaradılması imkanları genişdir. Cari ilin 2 ayında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin investisiyası hesabına 240 meqavat gücündə “Xızı-Abşeron” külək elektrik stansiyasının təməli qoyulub, 385 meqavat gücündə elektrik stansiyası istifadəyə verilib, 15 martda isə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin investisiyası hesabına 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulub”.
A.Badamov vurğulayıb ki, Azərbaycanın dinamik iqtisadiyyatı, həyata keçirdiyi islahatlar, ölkədəki siyasi sabitlik və dünya ölkələri ilə etibarlı tərəfdaş imicinin formalaşdırılması buranı xarici investorlar üçün maraqlı dövlətə çevirib: “Düşünürəm ki, bərpa olunan enerji sahələrinin yaradılması istiqamətində yenə də xarici investorların ölkəmizə axınının şahidi olacağıq. Çünki Azərbaycan müasir infrastruktura malikdir, həm də 2030-cu ilə qədər istehsal ediləcək enerjisinin 30 faizinin bərpa olunan mənbələr hesabına ödəniləcəyi ilə bağlı BMT qarşısında könüllü öhdəlik götürüb. Düşünürəm ki, yaxın zamanlarda neft-qaz olduğu kimi, elektrik enerjisini də Avropa qitəsinə ixrac etmək imkanına malik olacağıq. Qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatını daha dayanıqlı edir və gələcək inkişafımız üçün bir zəmanət yaradır. Cənab Prezidentin rəhbərliyi altında bərpa olunan enerji sahəmiz sürətlə inkişaf etdiriləcək və düşünürəm ki, bu sahədə Azərbaycan dünyaya nümunə olacaq”.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ



































