Nida.az
Zakir Həsənov İmran Xanla görüşdü - YENİLƏNDİ
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Pakistana rəsmi səfəri çərçivəsində martın 21-də general-polkovnik Zakir Həsənovla Pakistanın Baş naziri İmran Xan arasında görüş keçirilib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Görüşdə dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin səmimi dostluq münasibətlərinin mühüm rol oynadığı vurğulanıb.
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlar daxil olmaqla bütün səviyyələrdə dəstəklədiyinə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.
Sonda ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, eləcə də hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.
xxx
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın dəvəti ilə martın 21-də bu ölkəyə rəsmi səfərə gedib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Z.Həsənovun ölkənin bir sıra dövlət və hərbi rəsmiləri ilə görüşü, eləcə də Pakistanın “Milli Günü”nə həsr edilən hərbi paradda fəxri qonaq qismində iştirakı nəzərdə tutulub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
