Nida.az
Azərbaycan ənənəvi hərbi əməliyyatlara ciddi yenilik gətirdi - Deputat
"Azərbaycan 44 günlük Vətən müharibəsində atdığı hərbi addımlarla dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdırdı. Ancaq həmin dövrlərdə bəzi xarici mətbuat orqanları bizim uğurlarımızdan bəhs etmirdilər."
Bunu Publika.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat qeyd edib ki, Azərbaycanın qələbəsi bəzi ölkələrə dərs oldu: "Azərbaycan ənənəvi hərbi əməliyyatlara cidi bir yenilik gətirdi. Bütün cəbhə boyu hücum etməkdənsə, əsas hərbi obyektləri vurmaqla düşməni çarəsiz hala salmağı bacardı. Ordumuz qarşı tərəfin hərbi bazalarını, hava hücumundan müdafiə sistemlərini, komandanlıq nöqtələrini və təminat daşıyan nəqliyyat vasitələrini vurmaqla düşməni məğlub etdi".
A.Mirzəzadə vurğulayıb ki, Azərbaycan Ordusu Türkiyənin istehsal etdiyi "Bayraktar" pilotsuz uçuş aparatlarından məharətlə istifadə edib:"Ümumiyyətlə "Bayraktar" hərb elmində olan bəzi nüansları tamamilə alt-üst etdi. Artıq hər kəs bilir ki, müharibədə çoxsaylı ağır texnikaya ehtiyac yoxdur. Çünki PUA-lar havadan asanlıqla həmin texnikaları vura bilirsə, onların heç bir əhəmiyyəti qalmır. Digər tərəfdən bütün ölkələr "Bayraktar"lara sahib olsalar, o zaman tərəflər bir-birinin qarşısını asanlıqla ala biləcəklər. Ancaq bunu etmək üçün də düzgün dövlətçilik ənənələri lazımdır. Bu texnikalara sahib olub istifadə edən beynəlxalq hüquq normalarına riayət etməlidir. Ən əsası isə qonşu dövlətlərlə mehriban əlaqələr yaradılmalıdır. Azəbaycan bütün bu saydıqlarımızı uğurla yerinə yetirə bildi. Ölkəmizin apardığı 44 günlük müharibə taktikası bir çox ölkələrin hərbi akademiyalarında dərs olaraq tədris edilir. Ancaq bəzi ölkələr bunu etiraf etməkdən boyun qaçırır. Onlar Azərbaycanın qazandığı uğuru ört-basdır etməyə çalışır, amma dövlətimiz bu nailiyyəti bütün dünyaya açıq bir şəkildə göstərib."
-
Dünya09:27Türkiyə Lavrovun cavabını verdi: Mövqeyimiz dəyişməyib
-
Hadisə08:48Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto









.jpg)



























