Nida.az
Rusiyanın günahı odur ki... - Şərh
“Rusiya Müdafiə Nazirliyi Azərbaycana qarşı çox qərəzli bir mövqedən çıxış edir. 10 noyabr sazişinə uyğun olaraq rus sülhməramlıları separatçıları Qarabağdan çıxarmalı idi, ancaq bu məsələni yerinə yetirmədi”.
Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq qeyd edib ki, sülhməramlılar proseslərdən xəbərdardır: “Onlar çox yaxşı bilirlər ki, separatçılar silahlanmağa davam edir və həmin qüvvələr öz çirkin əməllərini reallaşdırmaq üçün addımlar atır. Rusiya tərəfinin günahı ondan ibarətdir ki, onlar terrorçuların təxribatlarının qarşısını almırlar.
Azərbaycan Ordusu separatçılara sarsıdıcı zərbələr vuracaq. Rusiya ilə Azərbaycanın imzaladığı müttəfiqlik haqqında bəyannamədə separatizmə qarşı birlikdə mübarizə bəndi var. Deməli, ruslar bu bəndi də nəzərə almayıb öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər. Buna görə də Azərbaycan öz mövqeyini açıq şəkildə bildirir. Ermənilər silahı yerə qoymasalar, ordumuz onlara qarşı sərt tədbirlər görəcək. Azərbaycan məcburetmə əməliyyatlarına davam edəcək. Separatçılar bizim vətəndaşlarımıza, maraqlarımıza qarşı təhlükə törətməyə davam etdiyi bir halda onları cavabsız qoymaq olmaz. Prezident İlham Əliyev də qeyd etmişdi ki, dəmir yumruq yerindədir. Yəni ermənilər öz fikirlərindən daşınmasalar, o yumruq onların başını əzəcək. İstənilən revanşist addımlar birdəfəlik məhv ediləcək. Rusiya sülhməramlıları isə özlərini separatçıların himayədarı kimi aparmamalıdır. Çünki biz haqlı tərəfik və terrorçular torpaqlarımızdan tez bir zamanda çıxarılmalıdır”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





