Nida.az
Qərb Ermənistana sanksiya tətbiq edəcək? - AÇIQLAMA
“Ermənistanın Rusiya-Ukrayna müharibəsinə göndərilməsi üçün Rusiyaya 4 ədəd müasir Su-30 təyyarəsini pilotları ilə birgə göndərməsi İrəvanın açıq şəkildə müharibə tərəflərindən birinin yanında olması kimi qiymətləndirilməlidir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Politoloq bildirib ki, bu həm də Ermənistanın açıq şəkildə adıçəkilən müharibədə Rusiyanı dəstəkləməsidir:
“Ermənistanın bu addımı onu deməyə əsas verir ki, bu ölkənin baş naziri Nikol Paşinyanın Avropaya səfərləri, Fransa Prezidenti Emmanuel Makronla və digərləri ilə görüşməsi heç bir nəticə verməyib. Ermənistan yaxşı başa düşür ki, onun arxasında ancaq Rusiya dayana bilər. Ona görə ki, İrəvana ancaq Moskva köməklik edir. Bu fonda götürsək, Ermənistan Rusiyanı özünə əsas kömək gələn tərəf kimi görür. Eyni zamanda Ermənistanın göndərdiyi 4 qırıcının da Ukrayna ilə müharibədə heç nə həll etməyəcəyi bəllidir. Çünki Rusiyanın hərbi-texniki potensialı kifayət qədər yüksəkdir. Amma bütün bunlar onu göstərir ki, Rusiya-Ukrayna müharibəsi, eləcə də Qərbin Rusiyaya sanksiyaları fonunda Ermənistan Rusiyanı dəstəkləyir. Düşünürəm ki, bütün bunlar Ermənistanın Qərbin sanksiyalarına məruz qalmasına da gətirib çıxara bilər. Əgər Ermənistan Rusiya-Ukrayna müharibəsi fonunda Kremli açıq şəkildə dəstəkləyirsə, bu, Qərb ölkələrinə də bir xəbərdarlıq olmalıdır. Yəni son proseslər fonunda Ermənistanın Rusiyaya hərbi dəstəyi sanksiyaların tətbiqini də istisna etmir”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)



.png)















.jpg)
.jpg)





