Nida.az
Onların nəşi qeyri-insani rəftara məruz qalıb - Rəy
"44 günlük müharibə sonrası işğaldan azad edilən ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı işğalçı ermənilər tərəfindən qeyri-insani şəraitdə saxlanılan, daha sonra isə xüsusi amansızlıqla qətlə yetirilən mülki Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqları üzə çıxır. Belə kütləvi məzarlıqlardan biri bir müddət öncə Xocavəndin Edilli kəndində aşkarlandı. Edillidə aşkarlanan kütləvi məzarlıq erməni həqiqətlərinin üzə çıxması və bu xalqın əsl mahiyyətinin dünyaya sübutu baxımından çox vacib idi. Edilli kəndi əslində başlanğıc idi və ardının gələcəyi gözlənilirdi. Gözləntilər özünü doğrultdu. Belə ki, Azərbaycan Ordusunun bölmələri Xocalı rayonunun Fərrux kəndini və kəndin ətrafındakı Daşbaşı yüksəkliyini nəzarətə götürdükdən sonra orada səngər qazarkən insan qalıqları aşkar ediblər".
Bunu Publika.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
Politoloq bildirib ki, həmin qalıqların Edilli kəndində olduğu kimi, 1-ci Qarabağ müharibəsi zamanı Fərrux kəndi və Daşbaşı yüksəkliyi uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduqları təxmin edilir:
"Azərbaycana qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımız, daha dəqiq desək, 3890 nəfər hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Müharibə qaydalarına zidd olaraq mülki əhali girov götürülüb və bir çox hallarda xüsusi amansızlıqla öldürülüb. Ermənilər öldürülən şəxslərin və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitlərini kütləvi məzarlıqlarda gizlətməyə çalışıb. Xocavəndin Edilli kəndində və Xocalı rayonunun Fərrux kəndininin ətrafındakı Daşbaşı yüksəkliyində aşkarlanan kütləvi məzarlıqlar bunun əyani sübutudur. Daşbaşı yüksəkliyində aşkarlanan qalıqlardan da görünür ki, həmin şəxslərin nəşi qeyri-insani rəftara məruz qalıb. Ermənilər Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamlarının müəllifidir. Mümkündür ki, hələ Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da kütləvi məzarlıqlar olsun. Bu cür kütləvi məzarlıqlar Ermənistan ərazisində də ola bilər. 31 Mart soyqırımı ərəfəsində Fərrux kəndi ətrafında aşkarlanan kütləvi məzarlıq faktiki olaraq illər keçsə də, erməni vandalizminin, barbarlığının dəyişmədiyini göstərir".
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO