Nida.az
BQXK-nın etdikləri qəbuledilməzdir - Politoloq
“Beynəlxalq Qırmızı Xaç Komitəsinin Birinci Qarabağ müharibəsində də fəaliyyəti o qədər ürəkaçan deyildi. O zamanlar bizim 5 minə qədər vətəndaşımız əsirlikdə idi və onlardan heç bir xəbər ala bilmirdik”.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin etdikləri qəbuledilməzdir: “Biz bəzi əsirlikdə olan vətəndaşlarımızın ailələrinə məktub göndərdiyini, ancaq adıçəkilən qurumun bu məsələyə laqeyd yanaşdığını gördük. Soydaşımızın yazdığı məktubun Komitə tərəfindən ailəsinə çatdırılmaması anti-humanist hərəkətdir. Onlar həmin şəxsin heç olmasa yaxın qohumları ilə görüşməsinə imkan yaratmalı idilər.
Onlarda bu məlumat var idisə, onu bizə əvvəldən deməli idilər ki, soydaşlarımızı erməni vəhşiliyindən xilas edək. Beynəlxalq Qırmızı Xaç Komitəsi bu məsələlərə həssas yanaşsaydı, biz daha çox əsirlikdə olan vətəndaşlarımız haqqında məlumat alıb, onları azadlıqlarına qovuşdura bilərdik. Çox sayda insanımız erməni əsirliyində vəhşiliyə məruz qalıb. Birinci Qarabağ müharibəsi zamanı bizdə neçə min insanın əsir düşdüyü ilə bağlı xəbərlər mövcud idi. Ancaq biz Beynəlxalq Qırmızı Xaç Komitəsindən onlar haqqında məlumat tələb etdikdə çox soyuq bir münasibətlə rastlaşırdıq. Halbuki indi görürük ki, adıçəkilən qurumda əsir düşən vətəndaşlarımız haqqında xəbərlər var imiş. Həmin zamanlar həssas idi və ermənilər daha çox azğınlaşmışdılar”.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi










.jpg)

























.jpg)


