Nida.az
Bu görüş dünyanın diqqət mərkəzindədir
“Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş dünyanın diqqət mərkəzindədir. 4 saatdan artıq davam edən Brüssel görüşündə sülh sazişi, sərhədin delimitasiya və demarkasiyası ilə bağlı razılaşma əldə edildi”.
Bunu Publika.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
src="/storage/files/upload/d0dd8d00666da6ccd2124eda38d3a7bb95ef997f.jpg" style="width: 450px; height: 232.5px;" class="fr-fic fr-dib fr-fil">
Politoloq bildirib ki, tərəflər xarici işlər nazirlərinə müqavilənin hazırlanması ilə bağlı tapşırıq verilməsi üzərində və 26 noyabr 2021-ci il Soçi bəyanatına uyğun olaraq, aprelin sonuna qədər birgə komissiyanın yaradılmasına razılaşıb: “Birgə komissiyanın mandatı sərhədin müəyyən edilməsi və sərhəd xətti boyunca təhlükəsiz vəziyyəti təmin etməkdir. Görüşün Bakının üstünlüyü ilə keçdiyini söyləmək olar. Şərtlər göstərir ki, İrəvan Bakının təklif etdiyi 5 baza prinsipini “əlavəsiz” qəbul edib. Bəyanatda “status” anlayışına yer verilməyib. Sərhədlə bağlı birgə komissiyanın aprelin sonuna kimi yaradılması erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılması məsələsini də aktuallaşdırır. Razılaşmalarda 10 noyabr və 26 noyabr bəyanatlarına istinad edilir. 10 noyabr razılaşmasının bütün bəndlərinin icrası ifadə olunur”.
Z.Qarayeva vurğulayıb ki, görüşün motivləri təsdiq edir ki, artıq Qərb də Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşır: “Qarabağ məsələsinin həll olunduğunu qəbul edir. Artıq beynəlxalq təşkilatların üzərinə düşən missiya post-münaqişə dövrünün problemlərinin həllini ehtiva etməlidir. Ümidvarıq ki, 3-cü tərəflərin təşəbbüsü hər zaman bu məqsədə söykənəcək”.
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...






.jpg)



























.jpg)


