Nida.az
Ermənilər təxribat törətməyə davam edərsə... - Deputat
“Azərbaycan Ordusunun keçmiş Ağdərə ərazisi istiqamətində bəzi nöqtələri azad etməsi olduqca müsbət bir hadisədir. Ermənilər son zamanlar Qarabağda təxribatlar törətdiyi üçün Silahlı Qüvvələrimiz onlara qarşı cavab tədbirləri görüb”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, ermənilər çirkin əməllərindən əl çəkməlidir: “Son görüşdə Azərbaycanın şərtlərini qəbul etdiyini deyən Ermənistan rəhbərliyi arxa fonda ikili oyun oynamağa davam edir. Onlar xarici qüvvələrə arxalanaraq Minsk qrupunun fəaliyyətinin bərpa olunması və status haqqında sərsəm bəyanatlar verməyə davam edirlər. Ermənilər ilk olaraq bilməlidir ki, adıçəkilən qurum öz fəaliyyətini dayandırıb. Hətta Lavrov özü də qeyd etmişdi ki, ABŞ və Fransa Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlıq etmək istəmirlər”.
N.Məhəməliyev vurğulayıb ki, erməni silahlı dəstələri təxribat törətməyə davam edərsə, onların torpaqlarımızdan çıxarılması prosesi sürətlənə bilər: “Yəni biz istəyirik ki, razılaşmaya uyğun olaraq separatçılar sülhməramlılar tərəfindən çıxarılsın, ancaq onlar xoşluqla ərazilərimizi tərk etməsələr, biz yenidən onlara güc tətbiq edəcəyik. Ermənilər Prezident İlham Əliyevin verdiyi şansdan yaxşı istifadə etməlidirlər. Qarabağda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan şəxslər birmənalı olaraq separatçılıqdan əl çəkməli və bizim qanunlarımız ilə yaşamalıdır. Azərbaycan hərbi sahədə qələbəni əldə edib və bundan sonrası üçün sülh müqaviləsinin imzalanması zəruridir. Ermənistan bizim ərazi bütövlüyümüzü tanımalı və öz çirkin əməllərindən əl çəkməlidir. Onlar məğlub olmuş tərəf kimi Azərbaycanın diktələrinə əməl etməlidirlər. Biz öz torpaqlarımızdayıq və tələb edirik ki, separatçılar həmin əraziləri tərk etsin. Əks halda ordumuz onlara güc tətbiq edəcək. Ermənilər xaricdə olan himayədarlarına güvənərək bəzi sərsəm çıxışlar edirlər. Ancaq onlar bilməlidir ki, terrorçuluğa davam edərlərsə, sərt tədbirlər görüləcək. Ermənistan kapitulyasiya aktını imzalayıb və onun müddəaları tam şəkildə yerinə yetirilməlidir”.
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO











.jpg)























.jpg)


